Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Hümbətov Nurəddin İlqar oğlunun şəhadətinin il dönümü keçirildi.

18 noyabr 2021 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux şəhərindən olan 44 günlük Vətən müharibəsi şəhidi Hümbətov Nurəddin İlqar  oğlunun şəhadətinin il dönümü ilə bağı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşlar, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən  diqqət və qayğıdan danışdı .Hümbətov Nurəddin İlqar oğlu 26 dekabr 1998-ci il tarixdə Samux şəhərində  anadan olmuşdur. Samux şəhər 1 saylı məktəb-liseyin  məzunudur. 2020-ci ildən Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu  kimi  xidmətə başlayıb. 09 noyabr 2020-ci il tarixdə Şuşa-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. 18 noyabr 2020-ci il tarixdə Samux şəhərində dəfn olunub. Şəhid  "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə",  "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin  azad olunmasına görə" medalları ilə təltif edilib. Subay idi.

Keçidlər