Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayonunda “Kitablar və Biz” mövzusunda tədbir keçirildi

10 sentyabr 2014 | 15:00

Samux rayon Heydər Əliyev Mərkəzi sentyar ayından yeni fəaliyyətə start verir. Bu fəaliyyətlərdən biri də "kitablar" və "kitabxanlarla" bağlı başlayan silsilə tədbirlərdir. Umumi Liderimiz Heydər Əliyev “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" demişdir. Beləliklə, Samux rayon Heydər Əliyev Mərkəzinin və Samux rayon Mərkəzi Kitabxanasının, Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Nümayəndəliyi və "Gənc Dost" təşkilatının birgə təşəbbüsü ilə Samux şəhərində "KİTABLAR VƏ Biz" mövzusunda tədbir təşkil olundu.
Tədbirdə Samux rayon İcra Hakimiyyətinin müavini Kəmalə Xəlilova,Samux Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Kamil Vəliyev, Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, Samux rayon Mərkəzi Kitabxanasının Direktoru Şəhla Abdullayeva, Samux rayon Gənclər və İdman İdarəsinin Rəis Müavini Eynur Fərmanlı, GTM Qərb nümayəndəliyi və Gənc Dost GİB nümayəndələri və rayonun kənd və qəsəbələrinin kitabxana müdirləri, fəal oxucular ,Gəncə şəhərindən qonaqlar iştirak edirdi. Samux rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə öz çıxışında “Kitab uğurların, inkişafın, tərəqqinin, xoşbəxtliyin simvolu və problemlərin, müharibələrin və xəstəliklərin açarıdır.” deyə vurğuladı. Tədbirdə "İnsanlar niyə kitab oxumaq istəmir?", "Kitablar bizə nə verir?", "Zamanın tələbi", "Mənəvi sərvətimiz-Kitabxanlar!" , "Elektron Kitabxana" və s. mövzularda diskussiya aparıldı və problemin həlli istiqamətində təkliflər müzakirə edildi. İştirakçılar tədbirdə yeni nəşr olunmuş kitabların sərgisi ilə də tanış oldular, iştirakçılara kitab və bukletlər paylanıldı.

Keçidlər