Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev daha bir şəhidin şəhadətinin il dönümündə iştirak etdi.

15 noyabr 2021 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux rayonunun Ziyadlı kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Abdullayev Qəzənfər Nəcəf oğlunun şəhadətinin ildönümü ilə bağı ailəsini, məzarını ziyarət etdi.  Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, hüquq-mühafizə orqanları, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğıdan  danışdı .
Abdullayev Qəzənfər Nəcəf oğlu 10 may 1993-cu il tarixdə Samux rayonunun Ziyadlı  kəndində anadan olmuşdur. Samux rayon Ziyadlı kənd tam orta məktəbinin məzunudur. 2019-cu ildən Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu  kimi  xidmətə başlayıb. 27 oktyabr 2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanıb. Bir müddət reanimasiyadan sonra 14 noyabr 2020-ci il tarixdə şəhid olub.  15 noyabr  2020-ci ildə Samux rayon Ziyadlı kəndində  dəfn olunub. Evli idi. 1 oğlu var.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən  "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Kəlbəcərin  azad olunmasına görə"   medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

--
Rustam Ramizli

Keçidlər