Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda şəhid ailələri daim diqqət mərkəzində saxlanılır.

13 noyabr 2021 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux rayonunun  Qarayeri qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi  Allahverdiyev Vüsal Novruz   oğlunun şəhadətinin ildönümü ilə bağı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, hüquq-mühafizə orqanları, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğıdan danışdı .
Allahverdiyev Vüsal Novruz oğlu 25 iyul 2002-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Samux rayon Qarayeri qəsəbə tam orta məktəbinin məzunudur. Həqiqi hərbi  xidmətdə olan əsgər kimi döyüşlərdə iştirak etmişdir. 06 noyabr  2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. 12 noyabr 2020-ci il tarixdə Samux rayonunun Qarayeri qəsəbəsində dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən  "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər