Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 2021-ci ilin yanvar-sentyabr aylarında əsas vəsaitlərə 8753 min manat investisiya qoyulmuşdur.

12 noyabr 2021 | 16:00

Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 8753,0 min manat olmuşdur.
Sənayeyə 289,5 min manat, kənd təsərrüfatına 26,5 min manat, informasiya və rabitəyə 6,0 min manat, sosial sahəyə  6510,0 min manat, tikinti işlərinə isə 1921,0 min manat investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın 322,0 min manatı istehsal təyinatlı, 8431,0 min manatı isə  qeyri-istehsal təyinatlıdır. 2252,6 min manat əsas fondlar istifadəyə verilmişdir. Tikinti-quraşdırma işlərinin həcmi 7807,4 min manat olmuşdur. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 1921,0 min manat və sahəsi 5313  kvadrat metr olan 38 yaşayış evləri tikilib istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 6832,0 min manatı və ya 78,1 faizi dövlət büdcəsindən ayrılmış, 1921,0 min manatı və ya 21,9 faizi isə əhalinin şəxsi vəsaiti hesabına  olmuşdur.

  
Samux Rayon Statistika İdarəsi

Keçidlər