Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qarabağlar kəndində səyyari görüşü keçirilmişdir.

09 sentyabr 2014 | 15:00

09 sentyabr 2014-cü  il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qarabağlılar kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qarabağlar inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar oldu.
1.Aslanova Zeynəb Xası qızı öz çıxışında kənddə içməli su üçün istifadə olunan subartezian quyusunun bərpası təklifini irəli sürdü
2.Hüseyinov Ruslan Ələkbər oğlu Yeni yaşayış massivinə qaz xəttinin çəkilməsini xahiş etdi
3.İsayev İlqar Eldar oğlu çıxışında, kənddə pay torpaqlarının suvarılması üçün 1 ədəd subartezian quyusunun vurulması vacib olduğunu bildirdi
4.Vəliyev Üzeyir Bəylər oğlu çıxış edərək bildirdi ki,Əhmədbəyli kəndindən ayrılan elektrik xəttinin təmirə ehtiyacı vardır.Yenidən bərpasına kömək edilməsi üçün xahiş etdi
5.Abdullayev Xəqani İsrafil oğlu köhnə kəhriz quyusunun təmir edilməsi təklifini irəli sürdü
       Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər