Samux rayonunda "Zəfər Gününə" həsr olunmuş "Gözün aydın Xarıbülbül " adlı tədbir təşkil olundu.
Samux şəhər S.Əliyev adına 2 nömrəli tam orta məktəbdə "Zəfər Gününə" həsr olunmuş "Gözün aydın Xarıbülbül " adlı möhtəşəm tədbir təşkil olundu.Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin, Samux RTŞ -nin əməkdaşları, məktəb kollektivi, Vətənin azadlığı uğrunda şirin canlarından keçən qəhrəman oğullarımızın ailə üzvləri, Vətən müharibəsi iştirakçıları və s. iştirak edirdilər. Tədbir ilk öncə , Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Ardınca isə şagirdlərimiz hər biri bir şəhidin obrazını yaradaraq səhnəyə daxil oldular. Bu igidlərin daim bizim sıralarımızda olduqlarını, onlarla hər zaman qürur duyduğumuzu tədbir iştirakçılarının diqqətinə çatdırdılar.
Şagirdlərin ifasında səslənən şeir ,mahnı və kompozisiyalarda da qəhrəman oğullarımızın 44 günlük Vətən müharibəsində qanı, canı bahasına tarix yazmaları iştirakçıların nəzərinə çatdırdılar. Tədbirdə iştirak edənlər öz çıxışlarında prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasətindən və Qarabağ müharibəsi şəhidlərindən,qazilərindən qürurla bəhs etdilər. Tədbirin gedişində çıxış edən qonaqlar da şagirdlərimizə vətənpərvərlik ruhu aşıladılar. Ümumiyyətlə, Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü, şanlı qələbəsi ilə bağlı şagirdlərin maarifləndirilməsi,işğal altında olan ərazilərimizin işğaldan azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin,qazanılan zəfərin bütün Türk dünyasının qələbəsi olması tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Tədbirin sonunda məktəb rəhbəri Ə.X.Cəfərova çıxış edərək,gələn qonaqlara təşəkkür etdi.