Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Lək kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Həmzəyev Arif Muradcan oğlunun şəhadətinin ildönümü mərasimi keçirildi.

05 noyabr 2021 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux rayon  Lək kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi  Həmzəyev Arif Muradcan oğlunun şəhadətinin ildönümü ilə bağı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, hüquq-mühafizə orqanları, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğıdan danışdı .
Həmzəyev Arif Muradcan oğlu 19 iyun 2001-ci il tarixdə Samux rayon Çobanabdallı kəndində  anadan olmuşdur. Samux rayon Lək kənd tam orta məktəbinin məzunudur. Həqiqi hərbi  xidmətdə olan əsgər kimi döyüşlərdə iştirak etmişdir. 19 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. 05 noyabr  2020-ci ildə Samux rayon Lək kəndində  dəfn olunub.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən " Vətən uğrunda" , "Qubadlının  azad olunmasına görə" və "Cəbrayılın  azad olunmasına görə"  medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

 

Keçidlər