Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Poylu kəndində "08 Noyabr-Zəfər Günü" münasibətilə "Qalib Azərbaycan Xalqı" devizi altında şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidə kompleksinin açılış mərasimi təşkil olundu.

04 noyabr 2021 | 16:00

Samux rayonunun Poylu kəndində "08 Noyabr-Zəfər Günü" münasibətilə "Qalib Azərbaycan Xalqı" devizi altında şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidə kompleksinin açılış mərasimi təşkil olundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı, Sərhəd Qoşunlarının n saylı hərbi hissəsinin şəxsi heyyəti və rayon ictimaiyyəti ilə birlikdə ilk öncə 44 günlük Vətən müharibəsi şəhidi Həsənov Pərviz Fərmayıl oğlunun məzarını ziyarət etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Daha sonra şanlı Azərbaycan bayrağı ilə birlikdə şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə tikilmiş abidə kompleksinə yürüş təşkil edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Vətən uğrunda şəhid olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan abidə kompleksinin açılışında çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Vətən müharibəsi şəhidi Həsənov Pərviz Fərmayıl oğlunun atası və digərləri Vətən müharibəsində qazanılan möhtəşəm zəfərdən, şəhidlərimizin müharibə zamanı göstərdiyi şücaətdən danışdılar.  Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Rustam Ramizli

Keçidlər