Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Mahir Nişançı” başlığı altında güllə atıcılığı üzrə rayon birinciliyi keçirildi.

03 noyabr 2021 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin dəstəyi, Samux rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 02-03 noyabr 2021- ci il tarixdə Samux rayon Sərkar kənd tam orta məktəbdə  Azərbaycan Respublikasının Milli Qəhrəmanı Eltun İsgəndərov və Şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Mahir Nişançı başlığı altında güllə atıcılığı üzrə rayon birinciliyi keçirildi. 21 məktəb komandasının iştirakı ilə baş tutmuş yarış 2 mərhələdən ibarət idi. 02 noyabrda birinci mərhələ qrup yarışları, 03 noyabr isə 2-ci mərhələ final yarışı keçirildi. 1-ci mərhələdə ən çox nəticəsi olmuş 7 komanda (Samux şəhər 1 saylı, şəhər 2 saylı, şəhər 3 saylı, Sərkar kənd, Qarayeri qəsəbə 2 saylı, Seyidlər kənd, Əhmədbəyli kənd tam orta məktəblər) finala vəsiqə qazandı.
03 noyabr tarixdə final mərhələsində idarənin rəisi Rəşad Qarayev tədbiri açıq elan etdi. Dövlət himni səsləndikdən sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik süktla yad olundu. Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin Şuşadakı çıxışından hazırlanmış “Ata vəsiyyəti” adlı videoçarxa baxıldı. Tədbirdə Milli Qəhrəman Eltun İsgəndərovun atası Xaləddin İsgəndərov, Vətən müharibəsi qazisi Vüqar Həsənov çıxış edərək yarışda uğurlar arzuladılar.
Samux Rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev öz çıxışında tədbirə uğurlar arzulayaraq qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev irsinin layiqli da¬vam¬çısı kimi Prezident İlham Əliyevin müəl¬lif¬liyi ilə müasir Azərbaycan tarixinin şanlı səhi¬fəsi yazılır. Bu səpkidə vətənpərvərlik tədbirlərin gənclər arasında maraqla qarşılanmasının nəticəsi kimi və Prezidentimiz, Ali Baş komandan Cənab İlham Əliyevin daxili və xarici siyasəti sayəsində aprel döyüşlərində və  44 günlük Vətən müharibəsidə uğurlara imza atdıq.
Gənclərin maraqla qarşlıadığı bu yarışın finalında şəhər 1 saylı, şəhər 2 saylı, Sərkar kənd, Seyidlər kənd tam orta məktəbi fəallığına görə diplomla təltif olundu. 3-cü yerə Əhmədbəyli kənd tam orta məktəbi, 2-ci yerə şəhər 3 saylı tam orta məktəbi, 1-ci yerə isə Qarayeri qəsəbə 2-saylı tam orta məktəbi layiq görülərək kubok və diplomlarla təltif olundular.
Qeyd etmək istərdik ki, Zəfər Günü münasibəti ilə keçirilən silsilə tədbirlərin qaliblərini həmçinin bu yarışda 1-ci yerin qaliblərinin Bakı şəhərində yerləşən Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunacaq.

Keçidlər