Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qarabağlı kəndində səyyari görüşü keçirilmişdir.

03 sentyabr 2014 | 15:00

03 sentyabr 2014-cü  il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qarabağlı kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qarabağlı inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənd  də görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar oldu.
1. Mahmudov Rasim Abdulla oğlu  çıxış edərək kənddə  Qabırrı çayından ayrılan su kanalının təmizlənməsi  təklifini verdi.
2. Davudov  Rafiq Nadir oğlu  yüksək gərginlikli elektrik xəttinin dəyişdirilməsini     xahiş etdi.
3. Məmmədov Bəxtiyar Məşrəf oğlu kənddə uşaq bağçasının açılması  təklifi ilə çıxış etdi.
4. İsmayılov  Akif İsmayıl oğlu kəndə işləyən marşurt avtobusunun irihəcimli avtobusla əvəz edilməsini xahiş etdi.
      Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər