Samux rayonunda “Zəfər Günü” münasibətilə bilik yarışı keçirilib.
Samux rayonunda “Zəfər Günü” münasibətilə bilik yarışı keçirilib.
Yarış boyunca şagirdlər Qarabağ müharibəsi, Azərbaycan tarixi, çoğrafiya,ədəbiyyat və intellektual səviyyəli suallara cavab tapıblar.
Birinci və ikinci mərhələdə 20 sual , final mərhələsində 15 sual olmaqla, 2-ci mərhələyə 10 və final mərhələsinə 3 komanda buraxılıb.
Final mərhələsində 1-ci yer uğrunda 3 məktəb-komanda- Samux şəhər 1 nömrəli məktəb-lisey, Yuxarı Ağasıbəyli kənd tam orta məktəbi, Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəb vəsiqə qazanıb. Yarışın nəticələri aşağıdakı kimidir:
1-ci yer Samux şəhər 1 nömrəli məktəb-lisey;
2-ci yer Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəb
3-cü yer Yuxarı Ağasıbəyli kənd tam orta məktəb.
Mükafatlandırma mərasimində Samux Rayon İcra Başçısı Alı Qocayev, Başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova da iştirak etmişdir. Sonda şagirdlərə diplomlar verilib və onlarla xatirə şəkli çəkilib.