Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda şəhid ailələri daim diqqət mərkəzində saxlanılır.

26 oktyabr 2021 | 16:00

Samux rayonunda şəhid ailələri daim diqqət mərkəzində saxlanılır. Samux rayonunun   Qarayeri   qəsəbəsindən   olan 44 günlük Vətən müharibəsi şəhidi   Məmmədov Bayram Elnur   oğlunun şəhadətinin ildönümü mərasimi keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux rayonunun Qarayeri qəsəbəsindən olan Vətən müharibəsi şəhidi   Məmmədov Bayram Elnur   oğlunun şəhadətinin ildönümü ilə bağı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, hüquq-mühafizə orqanları, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğıdan danışdı .
Məmmədov Bayram Elnur   oğlu  11 mart 2001-ci il tarixdə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Samux rayon Qarayeri qəsəbə  tam orta məktəbinin məzunudur. Həqiqi hərbi  xidmətdə olan əsgər kimi döyüşlərdə iştirak etmişdir. 24 oktyabr 2020-ci il tarixdə Füzuli- Xocavənd  istiqamətində gedən döyüşlərdə şəhid olub.   25 oktyabr  2020-ci il tarixdə Samux rayonunun   Qarayeri qəsəbəsində   dəfn olunub.    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda"   və  "Xocavəndin azad olunmasına görə"   medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.


--
Rustam Ramizli

Keçidlər