Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda heyvandarlıq inkişaf etdirilən təsərrüfat sahələrindən biridir.

23 oktyabr 2021 | 16:00

Heyvandarlıq kənd təsərrüfatının ən böyük və əhalinin ərzaq məhsullarına olan tələbatının çox hissəsini təmin edən bir sahəsidir.
       Samux rayonunda təsərrüfatlar əkinçiliklə yanaşı olaraq heyvandarlığı da inkişaf etdirirlər.Heyvandarlıq rayonda əsas gəlir mənbəyindən biri hesab edilir.Heyvandarlığın inkişaf etdirilməsi və onun məhsuldarlığının artırılmasına təsir edən bir çox faktorlar vardır.Onlardan əsası etibarlı yem bazasını yaratmaqla yeni texnologiya əsasında hazırlanması, heyvanların cinsinin yaxşılaşdırılması, zootexniki tələbata uyğun yemləndirilməsi, heyvandarlıq məhsullarının istehsalı, emalı, saxlanması və başqa əsas məsələlər daxildir.      
     Heyvandarlığın inkişaf etdirilməsində heyvandarlıq təsərrüfatlarının layihələndirilməsi,  yem tədarükü, su təminatı, peyinin rahat nəql etdirilməsi əsas şərtlərdəndir.

        1oktyabr 2021-ci il tarixinə təqdim olunan hesabatlara əsasən bütün təsərrüfat kateqoriyaları daxil olmaqla rayon üzrə iri buynuzlu  mal-qaranın sayı 23992 baş,  o, cümlədən ana inək və camışların  sayı 12096 baş,  qoyun və keçilərin  sayı isə 136845  baş olmuşdur.

           Cədvəldən göründüyü kimi, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə mövcud mal-qaranın baş sayında artım müşahidə  olmuşdur. Belə ki, iri buynuzlu mal-qara 701 baş və yaxud 3,0 faiz, qoyun və keçilər isə 2309 baş və yaxud 1,7 faiz artmışdır. 
   1 oktyabr 2021-ci il tarixinə rayon üzrə bütün təsərrüfat kateqoriyaları daxil olmaqla  3937 ton ət, 20943 ton süd, 6582 min ədəd yumurta, 260 ton yun istehsal olunmuşdur.
       
         Cədvəldən göründüyü kimi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalında (diri çəkidə) 0,5 faiz və yaxud 20 ton,  süd istehsalında (fiziki çəkidə) 4,2 faiz və yaxud 847 ton, yumurta istehsalında 1,4 faiz və yaxud 89 min ədəd artım, yun istehsalında 0,4 faiz  və yaxud 1 ton  azalma müşahidə olumuşdur. 
     Heyvandarlığın inkişaf etdirilməsində heyvandarlıq məhsullarının yeni texnologiya əsasında istehsalı, emalı, saxlanması, səmərəli istifadəsi onun maya dəyərinin aşağı salınmasında və başqa göstəricilərlə yanaşı istehsalat proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması sahəsində böyük əhəmiyyət kəsb edir.
      Mövcud mal-qaranın ümumi baş sayından 22737 baş və yaxud  94,8 faiz iri buynuzlu mal-qara, o, cümlədən 11475 baş və yaxud 94,8 faiz ana inək və camışlar, 123057 baş və yaxud 89,9 faiz  qoyun və keçilər fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının,  1255 baş və yaxud 5,2 faiz  iri buynuzlu mal-qara, o, cümlədən 621 baş və yaxud 5,2    faiz ana inək və camışlar, 13788 baş və yaxud 10,1  faiz qoyun və keçilər kənd təsərrüfatı müəssisələrinin payına düşür.
      Hesabat dövründə istehsal olunan ətin (diri çəkidə)  98,3 faizi və yaxud 3869,4 tonu , südün  94,5 faizi və yaxud 19786,4 tonu, yumurtanın 100,0 faizi və yaxud 6582 min ədədi, yunun 90,0 faizi və yaxud 234 tonu ailə kəndli və ev təsərrüfatları tərəfindən istehsal olunmuşdur.
        2021-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı müəssisələri üzrə mal-qaranın hərəkəti aşağıdakı kimi olmuşdur:
       - kənd təsərrüfatı müəssisələri üzrə 1 yanvar 2021-ci il tarixinə 712 baş iri buynuzlu mal-qara,o cümlədən 322 baş ana inək və camışlar, 15530 baş qoyun və keçilər mövcud olmuşdur.
       - 2021-ci ilin 9 ayı ərzində  iri buynuzlu mal-qaradan 251  baş bala,o cümlədən 3 baş balaq  alınmışdır.
        34 baş inək düyəsi ana qrupuna daxil olmuşdur.657 baş iri buynuzlu mal-qara,o cümlədən 378 baş ana mal  satın alınmış və ya sair hallar üzrə  daxil olmuşdur.
        - hesabat dövründə kəsim üçün 104 baş iri buynuzlu mal-qara, o cümlədən 2 baş camış satılmışdır. Satılmış 1 baş iri buynuzlu mal-qaranın diri çəkisi 250 kq olmuşdur. 251 baş iri buynuzlu mal-qara, o cümlədən 110 baş ana mal bazarlarda satılmış və ya mübadilə olunmuşdur. 10 baş iri buynuzlu mal-qara, o cümlədən 3 baş ana mal ölmüşdür.  
        - qoyun və keçilər üzrə  4509 baş quzular, 332 baş çəpişlər doğulmuşdur.172 baş qoyun satın alınmışdır, 974 baş qoyun, 146 baş keçi kəsim üçün satılmışdır. Bazarlarda satılmış  və ya sair hallar üzrə çıxdaşlar qoyun və keçilər üzrə 5534 baş təşkil etmişdir ki, bunun da 234 başı keçilər  olmuşdur. Kəsim üçün satılmış bir baş qoyun və ya keçinin diri çəklisi orta hesabla 38 kq olmuşdur.
        - ölən və tələf  olan  qoyun və keçilərin baş sayı 201baş təşkil etmişdir ki, bundan 16 baş keçilər olmuşdur.
        01.10.2021ci il tarixinə kənd təsəttüfatı müəssisələri üzrə 1255 baş iri buynuzlu mal-qara, o cümlədən 621 baş ana inək və camışlar, 13788 baş  qoyun və keçilər və 105 arı ailələri mövcud olmuşdur.
       Cədvəldən göründüyü kimi kənd təsərrüfatı müəssisələri üzrə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qarada 529 baş və yaxud 1,7 dəfə, artım, qoyun və keçilərdə isə  195 baş və yaxud 1,4 faiz  azalma müşahidə olunmuşdur.
      2021-ci ilin yanvar–sentyabr ayları ərzində kənd təsərrüfatı müəssisələri üzrə 67,6 ton diri çəkidə ət (25,6 ton mal əti, 42 ton qoyun-keçi əti), 1156,4 ton fiziki çəkidə süd (1137,7 ton inək südü, 4,2 ton camış südü, 14,5 ton qoyun və keçi südü), 26,3 ton yun  istehsal olunmuşdur.
        Cədvəldən göründüyü kimi, heyvandarlıq məhsullarının istehsalında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə olunmuşdur. Belə ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı müəssisələri üzrə ət istehsalı 6,6 ton və yaxud
10,8 faiz, süd istehsalı 823,3 ton və yaxud  3,5 dəfə artmış, yun istehsalı isə 0,5 ton və yaxud 1,9 faiz azalmışdır. Yeni kənd təsərrüfatı müəssisələrinin yaranması iri buynuzlu mal-qaranin, eləcə də ana malların baş sayının  və eyni zamanda süd istehsalının artmasına  təsir göstərmişdir.
     2021-ci ilin yanvar-sentyabr aylarında heyvandarlıq məhsullarının istehsal həcmi 33044,8 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsullarının istehsal həcmi 1196,6 min manat və yaxud 3,7 faiz artmışdır. İstehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması heyvandarlıq məhsullarının istehsalının artırılması ilə yanaşı, ona çəkilən ümumi xərclərin azalmasına səbəb olur.  
    Son illər kənd təsərrüfatının inkişaf etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət tərəfindən silsilə tədbirlər həyata keçirilir ki, bu da öz müsbət bəhrəsini verir.

 

Samux Rayon Statistika İdarəsi

Keçidlər