Samux rayonunda daha bir şəhidin şəhadətinin il dönümü mərasimi keçirildi.
Samux rayonunda daha bir şəhidin şəhadətinin il dönümü mərasimi keçirildi. Samux rayonunun İnstitut qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Əsədov Ruslan Rövşən oğlunun şəhadətinin ildönümü mərasimi keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux rayonunun İnstitut qəsəbəsindən olan Vətən müharibəsi şəhidi Əsədov Ruslan Rövşən oğlunun şəhadətinin ildönümü ilə bağı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, hüquq-mühafizə orqanları, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğıdan danışdı . Daha sonra Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev şəhidin atasına “Kəlbəcərin azad olunmasına görə” medalını təqdim etdi. Əsədov Ruslan Rövşən oğlu 07 mart 2002-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin məzunudur. Həqiqi hərbi xidmətdə olan əsgər kimi döyüşlərdə iştirak etmişdir. 28 sentyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. 20 oktyabr 2020-ci ildə Samux rayon İnstitut qəsəbəsində dəfn olunub. Subay idi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
--
Rustam Ramizli