Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü” ilə bağlı onlayn görüş keçirilib.

19 oktyabr 2021 | 16:00

Samux rayon Mədəniyyət Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin birgə təşkilatçılığı, gənclərin maarifləndirilməsi məqsədi ilə keçirilən görüşdə 20-ci əsrdə Müstəqilliyimizin yenidən bərpası ilə bağlı fikirlər səsləndirilib.

Görüşü açıq elan edən Samux rayon Mədəniyyət Mərkəzinin direktoru Arif Məmişov əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlılığını vurğulayıb.

Daha sonra görüşdə çıxış edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin direktoru Kamil Məmişov Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşdırılmış, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş və müstəqilliyimiz daha da möhkəmlənməsindən danışıb.

#AzGF #GİKM #SamuxGİKM #SamuxGəncləri #inkişafinmərkəzindəSən #MüstəqilliyinBərpasıGünü

Keçidlər