Şriftin ölçüsü :

Saytın rəngi :

"Azəriqaz" bu dəfə samuxluların problemini dinləyəcək

19 oktyabr 2021 | 16:00

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Samux rayonunda təşkil olunacaq.
Bu barədə Axar.az-a qurumdan məlumat verilib.
Məlumata görə, "Azəriqaz" İB-nin rəhbər şəxsləri rayonun Nəbiağalı qəsəbəsində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” oktyabrın 20-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Keçidlər