Heydər Əliyev şəxsiyyətinin müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu vardır
14 oktyabr 2021-ci il tarixində YAP Samux rayon təşkilatında 18 Oktyabr –Müstəqillik gününə həsr edilmiş “Heydər Əliyev şəxsiyyətinin müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu vardır” mövzusunda onlayn konfrans keçirildi.
Konfransı açıq elan edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyev olmuşdur. Həm keçmiş SSRİ, həm də müstəqillik dövründə Ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət etmişdir. Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə edilib. Gündüz Bayramov Ümummilli liderimiz Heydər Əliyevin siyasətinin Onun layiqli davamçısı, siyasi varisi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı. Bu gün Azərbaycanın müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanındığını qeyd etdi. Dünyada güclü və nüfuzlu dövlət kimi tanınan, yüksək nüfuza və müsbət beynəlxalq reputasiyaya malik olan müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf etdiyini, ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazandığını, yeni- yeni zirvələr fəth etdiyini diqqətə çatdırdı.
Sonra konfransda fəal YAP üzvləri Gülvin Babayeva, Şəmistan Yusifov, Şəlalə Tağıyeva, Aidə Namazova, Ağca Atai çıxış edərək vurğuladılar ki, bu gün xalqımız Heydər Əliyev siyasətin uğurlarını gündəlik həyatında hiss edir, onunla yaşayır və onun irsindən faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin alternativsiz siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.