Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Köbər kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Dostuyev Elçin Murad oğlunun şəhadətinin ildönümü mərasimi keçirildi.

13 oktyabr 2021 | 16:00

Samux rayonunun  Köbər kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi  Dostuyev Elçin Murad oğlunun şəhadətinin ildönümü mərasimi keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux rayonunun  Köbər kəndindən olan Vətən müharibəsi şəhidi  Dostuyev Elçin Murad oğlunun şəhadətinin ildönümü ilə bağı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, hüquq-mühafizə orqanları, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.  Samux Rayon İcra Hakimiyyətinin başçısı  Alı Qocayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğıdan danışdı. Dostuyev Elçin Murad oğlu  13 oktyabr 2020-ci il tarixdə  Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən  "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə"   medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.


--
Rustam Ramizli

Keçidlər