Bu gün Samux rayonunun şəhər, qəsəbə və kəndləri sözün həqiqi mənasında inşaat meydançasını xatırladır
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın icrası Samux rayonunda yeni mərhələyə qədəm qoymuşdur. Dövlət Proqramında nəzərdə tutuluş bütun bölmələr üzrə işlər sürətləndirilmişdir. Bu gün Samux rayonunun şəhər, qəsəbə və kəndləri sözün həqiqi mənasında inşaat meydançasını xatırladır. Belə ki, rayon mərkəzinin prospekt və küçələri, park və xiyabanlar yenidən qurulur, kəndlərarası yollar əsaslı təmir olunur, altı yeni məktəb binası inşa edilir, yeni istehsal sahələri yaradılır və.s.
Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə Samux rayon İcra Hakimiyyətinin başçısı təyin olunan cənab Alı Qocayev ikn növbədə rayonun 35 yaşayış məntəqəsinin hər birində yerli sakinlərlə görüşlər keçirərək onların şikayyət və təkliflərini dinləmişdir. Sakinlərin müraciətləri sahələr üzrə ümumiləşdirilmiş və təxirə salınmadan onların haqlı tələblərinin həllinə başlanmışdır.
Vətəndaşların təklifləri də nəzərə alınmaqla rayonda aparılacaq tikinti-quruculuq və abadlıq işləri müəyyənləşdirilmiş və geniş Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər planına müvafiq olaraq genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinə start verilmişdir.
Belə ki, rayon mərkəzinin Arif Nəbiyev küçəsində evlərin fasadlarına və hasarlara aqlay daşlarından üzlük çəkilməsinə başlanmışdır. Qısa müddət ərzində küçədə evlərin fasadına və hasarlara 2500 kv.m üzlük çəkilmiş, elektrik, qaz və telefon xətləri səliqəyə salınmışdır.
28 may küçəsində yolun hərəkət hissəsi genişləndirilmiş ağaclar budanmış, yararsız tikililər sökülmüş, yolun sağ tərəfində 450 m uzunluğunda dekorativ hasar inşa edilmiş, sol tərəfində yararsız hasarlar yenidən hörülmüş, evlərin fasadları və hasarlara müasir üslubda 1400 kv.m üzlük vurulmuşdur. Hazırda küçədə rəngləmə işləri aparılır.
Heydər Əliyev prospektində yenidənqurma işlərinə başlanmış, insanların rahat hərəkətinə mane olan və ümumi görnüşə xələl gətirən məhəcərlər sökülmüşdür. Həmin hisədə müasir üslubda xiyabanın salınması üçün hazırlıq işləri aparılır.
Tofiq İsmayılov küçəsində elektrik və qaz xətləri saliqəyə salınmış, yeni su arxı çəkilmiş və suötürücülər quraşdırılmışdur. Küçəyə 2400 kv.m yeni asfalt örtüyü salınmışdır.
Kolayır prospektində 160 metr uzunluğunda dekorativ hasar quraşdırılmışdır. Yolun hər iki tərəfində yararsız hasarlar sökülərək 615 kv.m yeni hasar hörülmüş, hasarlar eyni hündürlüyə gətirilmiş 1710 kv.m suvaq işi aparılmışdır.
Ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzi istirahət parkında yenidənqurma işlərinə başlanmışdır. Belə ki, parkda 01 iyun 2012-ci il tarixində təməli qoyulmuş iki ədəd uşaq əyləncə mərkəzində işlər başa çatmaq üzrədir. Hazırda parkın giriş hissəsi müasir layihə əsasında yenidən inşa edilir.
“Samux rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə 17 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə-Sərkar-Qarayeri-Qədili avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Samux Rayon İcra Hakimiyyətinə 2,5 milyon (iki milyon beş yüz min) manat vəsait ayrılmış və aprel ayının sonunda işə başlanılmışdır. Hazırda yolun hərəkət hissəsində hazırlıq işləri başa çatdırılmış, yolun Qədli-Qaryeri hissəsinə 70500 kv.m yeni asfalt örtüyü salınmışdır.
Gəncə-Sərkar-Qarayeri-Qədili avtomobil yolunun tikintisinin əhəmiyyətini nəzərə alaraq yolun Sərkar, Ziyadlı, Qovlarsarı kəndlərindən və Qarayeri qəsəbəsindən keçən hissələrinin kənarlarında səkilərin salınması, divarların eyni hündürlükdə hörülməsi və suvanması, su arxlarının çəkilməsi və s. işləri aparılır. Hazırda bu məqsədlə Sərkar kəndində 500 kv.m suvaq, Ziyadlı kəndində 750 kv.m hörgü, 800 kv.m suvaq, Qovlarsarı kəndində 1600 kv.m suvaq, 2000 kv.m rəngləmə, 140 p/metr bordür düzülməsi, ictimai yaşayış evlərinin qarşısında çiçək və bəzək kollarının əkilməsi, Qarayeri qəsəbəsində 800 metr səkinin salınması, yol kənarında gül və bəzək kollarının əkilməsi , yararsız tikililərin sökülməsi işləri aparılmışdır.
Bunla bərabər Uşaqların Beynəlxalq müdafiəsi Günü rayonda 1 saylı uşaq bağçasının yeni binası istifadəyə verilmişdir. Hazırda şəhər 2 saylı orta məktəbi üçün 340 şagird yerlik, Poylu, Salahlı və Seyidlər məktəblərinin hər biri üçün 180 şagird yerlik, Lək orta məktəbi üçün 220 şagird yerlik və Qiyaslı məktəbi üçün 120 şagird yerlik yeni məktəb binalarının tikintisi aparılır. Eyni zamanda Burunqovaq kəndində poçt şöbəsi və yerli nümayəndəlik üçün, Yuxarı Ağasıbəyli kəndində nümayəndəlik üçün yeni inzibati binanın tikintisi başa çatmaq üzrədir.
Burunqovaq kəndini sel sularının basmasının qarşısının alınması məqsədi ilə kəndin ərazisindəki mühafizə kanalları təmizlənmiş, əkin sahələrinin suvarılması üçün Qabrrı çayında bənd vurulmuş və kəndin girişində 2 km uzunluğunda yola balans verilərək qreyderlə hamarlanmışdır. Qırmızı Samux qəsəbəsində və Lüksemburq kəndində əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün Yenikənd kəndində su sərfiyyatı 1250 m3/saat olan, 315 kvt gücündə yeni nasos stansiyası qurulmuşdur ki, bu da əlavə olaraq 600 hektar əkin sahəsinin suvarılmasını təmin edəcəkdir.
Tədbirlər planı üzrə işlər uğurla davam etdirilir.