Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Qədili kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Ərəbov Orxan Ramiz oğlunun şəhadətinin ildönümü mərasimi keçirildi.

01 oktyabr 2021 | 16:00

Samux rayonunun Qədili kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Ərəbov Orxan Ramiz oğlunun şəhadətinin ildönümü mərasimi  keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı  Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə  Samux rayonunun Qədili kəndindən  olan Vətən müharibəsi şəhidi Ərəbov Orxan Ramiz oğlunun şəhadətinin ildönümü ilə bağı ailəsini,  məzarını ziyarət etdi. Tədbirdə Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, hüquq-mühafizə orqanları, Gənclər və İdman İdarəsi və  Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı  iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhidin döyüş yolundan danışdılar. Ərəbov Orxan Ramiz  oğlu 29 sentyabr 2020-ci il tarixdə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlər zamanı  qəhrəmancasına  şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə  yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda" və "Cəsur Döyüşçü" medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq.  Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər