Şriftin ölçüsü :

Saytın rəngi :

Samux şəhər 2 nömrəli tam orta məktəbinin şagirdləri şəhidlərin adlarını əbədiləşdirir.

30 sentyabr 2021 | 16:00

Ötən tədris ilindən etibarən məktəbin bütün siniflərinə 2-ci Qarabağ müharibəsinin şəhidlərinin adı verilib. Hər sinif önündə şəhidlərin adı yaşatmaq, şagirdlərdə vətənpərvərlik və Azərbaycançılıq məfkurəsini aşılamaq üçün şəhidlərimizin lövhəsi asılmışdır.
Məktəbin "9A" sinfi şəhid mayor Asəf Maşıyevin adını daşıyır. Bu adı daşıyan sinif şagirdləri sinif rəhbəri G.Cavadovanın rəhbərliyi ilə mütəmadi olaraq ,şəhidin ailəsi ilə əlaqə saxlayır ,övladları ilə söhbətlər aparır və şəhidin məzarını ziyarət edirlər. Bu gün də Samux şəhər 2 nömrəli məktəbin "9A" sinif şagirdləri ənənələrinə sadiq qalaraq, ilk dərs gününə siniflərinin şəhidinin qəbrini ziyarət etməklə başlayıblar. Öncə sinif rəhbəri G.Cavadova şagirdlərlə "Qarabağ Azərbaycandır "mövzusunda söhbət aparmış və igid ,qəhrəman ,mərd oğullarımızdan ,onların 44 gündə göstərdikləri şücaətdən ,qazandıqları zəfərdən danışmışdır. şagirdlər şeir və kompozisiya nömrələri ilə çıxış edərək şəhidin məzarı önünə əklil qoyublar.
Asəf Maşıyev 1982 ci il noyabrın 26- da Samux rayonu Fizuli kəndində anadan olmuşdur. 1998 ci ildə C.Naxçıvanski adına hərbi litseyə , 2001 ci ildə isə, H.Əliyev adına ali hərbi məktəbə daxil olmuşdur. Hərbi təhsilini başa vurduqdan sonra ordu sıralarında xidmətə başlamışdır. Orduda kəşfiyyatçı vəzifəsində xidmət etmiş, kəşfiyyat rəisi vəzifəsinə qədər yüksəlmişdir. 44 günlük vətən müharibəsinin ilk günlərindən ön cəbhədə döyüşmüşdür. Sentyabrın 30- da Murov yüksəkliyinin azad olunması uğrunda döyüşlərdə şəhadətə yüksəlmişdir. Şəhadətindən 72 gün sonra nəşi tapılmış ,anadan olduğu Füzuli kəndində torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Maşıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
lX a sinif şagirdləri bu cür qəhrəman zabitin adını daşımaqla qürur duyur,şəhidin xatirəsini yad etməyi şərəf borcu bilirlər.

Keçidlər