Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun torpaq fondunun kateqoriyalar üzrə bölgüsü.

28 sentyabr 2021 | 16:00

İstənilən mənada qiymətli hesab edilən torpaq universal təbii resursdur. Çünki, bütün digər təbii resurslar-meşə, su, heyvanat aləmi, faydalı qazıntılar dolayısı ilə ona bağlıdır. İnsanın əsas təsərrüfat fəaliyyəti əkinçilik və heyvandarlıqdır, həmçinin meşə təsərrüfatı torpaqsız mövcud ola bilməz. Torpaq da bu sahələrdə əsas istehsal vasitəsi kimi çıxış edir. Torpaq fondu dedikdə  inzibati ərazi vahidi  daxilində torpaq yerlərinin   məcmusu başa düşülür.         
      Samux rayonu Gəncə-Daşkəsən  iqtisadi rayonuna daxildir. İqlimi quru-kontinentaldır.
      Rayonun ərazisi Gəncə şəhəri, Göygöl, Şəmkir, Tovuz, Qax, Yevlax, Goranboy rayonları və Gürcüstan Respublikası ilə həmsərhəddir.
      Samux rayonu 1450  km² ərazidə Böyük və Kiçik Qafqaz dağları arasında düzənlik yerdə yerləşir.. Ərazinin bir hissəsi Kür çökəkliyinə, Ceyrançöl fiziki-coğrafi sahəsinə, Boz dağ massivinə düşməklə  şimalda Alazan vadisi ilə əhatə olunmuşdur.
      Rayonun ərazisindən Kür, Qabırrı, Qanıx, Gəncəçay və Quşqara çayları keçir.
      Samux rayonunun inzibati sərhədi daxilində 144857 hektar torpaq sahəsi mövcuddur. Bu respublikanın torpaq fondunun 1,7 faizini təşkil edir.  Kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə əkin yerləri, çoxillik əkmələr, dincə qoyulmuş salər, biçənəklər, örüş-otlaq sahələri, həyətyanı torpaq sahələri, meşə ilə örtülü sahələr aid edilir. Rayon üzrə istifadə olunan torpaqların  25661 hektarı və ya 17,7 faizi əkin yeri və çoxillik əkmələr, 400 hektarı və ya  0,3 faizi dincə qoyulmuş sahələr,  48 hektarı və ya 0,03 faizi biçənəklər, 32523 hektarı və ya 22,5 faizi kənd təsərrüfatına yararlı örüş -otlaq sahələri, 2210 hektarı və ya 1,5 faizi həyətyanı torpaq sahələri, 2450 hektarı və ya 1,7 faizi meşə ilə örtülü sahələr, 35223 hektarı və ya 24,3 faizi ümumi qış otlaq sahələrinin yararsız hissəsi, 281 hektarı və ya 0,2 faizi kolluqlar, 106 hektarı və ya 0,07 faizi bataqlıqlar və qamışlıqlar, 39123 hektarı və ya 27,0 faizi su altında qalan torpaqlar, 904 hektarı və ya 0,6 faizi yollar, prospektlər, və küçələr, 4448 hektarı və ya 3,1 faizi qobu, yarğan, dərə, qumluq, daşlıq, çınqıllıq, şoranlıq, lilliklər və sair torpaqlar, 63 hektarı və ya 0,04 faizi qəbiristanlıqlar, 1417 hektarı və ya 1,0 faizi isə tikinti altında olan torpaqlardır.
      Rayonda torpaq sahələri mülkiyyət növünə  görə 3 cürdür:
1. Dövlət mülkiyyəti
2. Bələdiyyə mülkiyyəti
3. Xüsusi mülkiyyət
      Dövlət mülkiyyətində olan torpaqların sahəsi 117747 hektar, bələdiyyə mülkiyyətində olan torpaqların sahəsi 8082 hektar, xüsusi mülkiyyətində olan torpaqların sahəsi isə 19028 hektardır.  
            Rayonunun inzibati sərhədi daxilində mövcud olan 117747 hektar dövlət mülkiyyətində olan  torpaq sahəsinin 8680 hektarı və ya 7,4 faizi əkin yeri və çoxillik əkmələr, 109 hektarı və ya  0,1 faizi dincə qoyulmuş sahələr, 28343 hektarı və ya 24,0 faizi kənd təsərrüfatına yararlı örüş -otlaq sahələri, 2421 hektarı və ya 2,1 faizi meşə ilə örtülü sahələr, 35223 hektarı və ya 29,9 faizi ümumi qış otlaq sahələrinin yararsız hissəsi, 250 hektarı və ya 0,2 faizi kolluqlar,  38748 hektarı və ya 32,9  faizi su altında qalan torpaqlar, 192 hektarı və ya 0,2 faizi yollar, prospektlər, və küçələr, 3551 hektarı və ya 3,0 faizi qobu, yarğan, dərə, qumluq, daşlıq, çınqıllıq, şoranlıq, lilliklər və sair torpaqlar, 230 hektarı və ya 0,2 faizi isə tikinti altında olan torpaqlardır.
         Dövlət mülkiyyətində olan torpaqların 4023 hektarı dövlət obyektlərinin, dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, mağistiral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi,  61845 hektarı yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının, 2040 hektarı meşə fondunun, 38278 hektarı su fondunun, 1686 hektarı təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət, tarix-mədəniyyət təyinatlı, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin, 421 hektarı dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, 818 hektarı toxumçuluq və damazlıq təsərrüfatlarının, 280 hektarı dövlət müəssisə, idarə və təşkilatların daimi istifadəsində olan və dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, 1456 hektarı dövlət ehtiyat fondunun, 6900 hektarı isə dövlət ehtiyat fondunun hüquqi və fiziki şəxslərin istifadəsinə və (və ya) icarəsinə verilmiş torpaqlardır.   

            Rayonunun inzibati sərhədi daxilində mövcud olan 8082 hektar bələdiyyə mülkiyyətində olan  torpaq sahəsinin 672 hektarı və ya 8,3 faizi əkin yeri və çoxillik əkmələr, 55 hektarı və ya  0,7 faizi dincə qoyulmuş sahələr, 4006 hektarı və ya 49,6 faizi kənd təsərrüfatına yararlı örüş -otlaq sahələri, 29 hektarı və ya 0,4 faizi meşə ilə örtülü sahələr, 31 hektarı və ya 0,4 faizi kolluqlar,  106 hektarı və ya 1,3 faizi bataqlıqlar və qamışlıqlar, 375 hektarı və ya 4,6  faizi su altında qalan torpaqlar, 712 hektarı və ya 8,8 faizi yollar, prospektlər, və küçələr, 855  hektarı və ya 10,6 faizi qobu, yarğan, dərə, qumluq, daşlıq, çınqıllıq, şoranlıq, lilliklər və sair torpaqlar, 63 hektarı və ya 0,8 faizi qəbiristanlıqlar, 1178 hektarı və ya 14,5 faizi isə tikinti altında olan torpaqlardır.
      Bələdiyyə torpaqlarının 7376 hektarı yaşayış məntəqələrinin hüdudlarından kənarda ümumi istifadədə olan, 706 hektarı isə bələdiyyənin ehtiyat fondu torpaqlarıdır. Bələdiyyənin ehtiyat fondunun 289 hektarı yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılmış torpaqlardır.
            Rayonunun inzibati sərhədi daxilində mövcud olan 19028 hektar xüsusi mülkiyyətində olan  torpaq sahəsinin 16309 hektarı və ya 85,7 faizi əkin yeri və çoxillik əkmələr, 236 hektarı və ya  1,2 faizi dincə qoyulmuş sahələr, 48 hektarı və ya 0,3 faizi biçənəklər,  174 hektarı və ya 0,9 faizi kənd təsərrüfatına yararlı örüş -otlaq sahələri, 2210 hektarı və ya 11,6 faizi həyətyanı torpaq sahələri,  42  hektarı və ya 0,2 faizi qobu, yarğan, dərə, qumluq, daşlıq, çınqıllıq, şoranlıq, lilliklər və sair torpaqlar, 9 hektarı və ya 0,1 faizi isə tikinti altında olan torpaqlardır.
      Xüsusi mülkiyyətdə olan torpaqların 16818 hektarı vətəndaşların mülkiyyətində olan torpaqlar, 2210 hektarı isə vətəndaşların qanuni istifadəsində olan həyətyanı sahələrdir.
     Həyətyanı torpaq sahələri və digər təsərrüfat dövriyyəsində olan sahələr də daxil olmaqla kənd təsərrüfatına yararlı torpaqların ümumi sahəsi 60702 hektar olmuşdur ki, bunun da 37132 hektarı dövlət mülkiyyətinin, 4733 hektarı bələdiyyə mülkiyyətinin, 18837 hektarı isə xüsusi mülkiyyətin payına düşür.
      Rayonda 67746 hektar örüş-otlaq sahələri müvcuddur ki, bunun da 4904 hektarı kəndətrafı örüş-otlaq sahələri, 62842 hektarı isə dövlət mülkiyyətində olan ümumi örüş-otlaq sahələridir.
      Rayonda suvarılan torpaqların sahəsi 21277 hektardır. Bunun 8176 hektarı kənd təsərrüfatlı təyinatlı. 2068 hektarı yaşayış məntəqələrinin, 30 hektarı sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, 32 hektarı meşə fondunun, 971 hektarı isə ehtiyat fondunun torpaqlarıdır.
      Bildiyimiz kimi rayonun əhalisi ilbəil artır, ümumi torpaq sahləri isə dəyişməz qalır.  Buna görə də əhalinin ərzağa olan tələbatını ödəmək üçün əkinlərin məhsuldarlığını ilbəil yüksəltmək lazımdır. Əkinlərin məhsuldarlığını yüksəltmək üçün isə yeni intensiv üsullardan istifadə etmək vacib hesab edilir. Bitkiçiliyin inkişafı üçün üzvi və mineral gübrələrdən, pestisidlərdən səmərəli şəkildə və  suvarma sularından isə israfçılığa yol vermədən istifadə etmək lazımdır. Rayonda 01.01.2021- ci il tarixinə 60702 hektar kənd təsərrüfatın yayararlı  torpaq sahələri müvcuddur ki, bu isə rayonun ümumi toqpaq sahələrinin  41,9 faizini təşkil edir. Gələcək dövrlərdə əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək üçün birinci növbədə torpaq sahələrinin yararsız hala düşməsinin qarşısı alınmalıdır. Yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılmış bələdiyyə torpaqlarından elə istifadə etmək lazımdır ki, bu əhalinin gələcək min illər üçün nəzərdə tutulmuş tələbatını daim ödəyə bilsin. Rayonda heyvandarlığın inkişafı üçün örüş-otlaq sahələrindən, o cumlədən kəndətrafı örüş-otlaq sahələrindən səmərəli istifadə etmək zərurər doğurur.     
      Bu gün ölkəmizdə torpaqların dövlət idarəetməsinin təkmilləşdirilməsi, torpaq fondunun elmi əsaslarla istifadəsi, torpaq inzibatçılığında yeni yanaşmaların, intensiv metodların tətbiqi, o cümlədən torpaq istifadəçiliyində gəlirlilik meyarlarının artırılması istiqamətində mühüm iqtisadi əhəmiyyət kəsb edən tədbirlər görülür. Torpaq istifadəçiliyində dünya təcrübəsinə əsaslanan mütərəqqi idarəetmə üsulları və yeni texnologiyalar tətbiq edilir, kənd təsərrüfatı təyinatlı torpaqlar yenidən əkin dövriyyəsinə cəlb olunur, o cümlədən torpaqların rentabelliyi və faydalılıq prinsipi təmin edilir, torpaqların istifadəsinə nəzarət gücləndirilir.
Samux Rayon Statistika İdarəsi

Keçidlər