Samux rayonunda “Əmək Yarmarkası” keçirilmişdir.
Samux rayon Məşğulluq Mərkəzi 29 avqust 2014-cü il tarixdə işsiz və işaxtaran vətəndaşların aktiv məşğulluğunu təmin etmək məqsədi ilə Samux şəhər Məşğulluq Mərkəzində rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatlarının köməyi ilə “Əmək Yarmarkası -2014” keçirmişdir.
“Əmək Yarmarkası” nın keçirilməsinə dair geniş reklam informasiya işi təşkil edilmiş, rayonun mərkəzinə, qəsəbə və kənd yerlərinə elanlar vurulmuş, işsiz və işaxtaran vətəndaşlar arasında geniş təbliğat işləri aparılmışdır.
“Əmək Yarmarkası”nın keçirilməsi ilə bağlı 31 idarə, müəsissə , təşkilat fiziki şəxsdən 158 boş iş yerləri çıxarılmışdır. İş yerləri təqdim edən müəssisələrdən 16 dövlət, 9 qeyri-dövlət müəssisələri, 6 fiziki şəxslər olmuşdur. Yarmarkaya dövlət müəssisələri tərəfindən 77, qeyri-dövlət müəssisələri tərəfindən 34, fiziki şəxslər tərəfindən isə 47 boş iş yeri çıxarılmışdır. Toplanmış iş yerində minimum əmək haqqı 105,00 manat, maksimum əmək haqqı isə 430,00 mant təşkil etmişdir.
Yarmarkada 300 nəfər vətəndaş iştirak etmiş, 52 nəfər vətəndaşa münasib iş yerlərinə , o cümlədən 1 nəfər kvota yerinə göndərişlər verilmişdir.
Yarmarkada rayon İcra Hakimiyyəti Başçısının Humanitar Məsələlər üzrə müavini K. Xəlilova , Dövlət Məşğulluq Xidmətinin işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi şöbəsinin baş məsləhətçisi X.Ə.Mehralıyev, rayon ictimayyəti və rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə rəhbərləri sahibkarlar iştirak etmişdir.