Samux rayonunda "27 Sentyabr-Anım Günü" qeyd edildi.
27 Sentyabr 2021-ci il tarixdə Samux rayonunda 27 Sentyabr-Anım Günü münasibətilə tədbir təşkil edildi. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, şəhid valideynləri və yaxınları, millət vəkili Nizami Səfərov, hüquq-mühafizə orqanları, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı, Gənclər və İdman İdarəsi və digər idarə, müəssisə, təşkilatlar, rayon ictimaiyyəti iştirak etdi. İlk öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəhidlərin ad, soyadının qeyd olunduğu lövhələr quraşdırılmış ağaclar əkildi. Tədbiri açıq elan edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Allahdan bütün şəhidlərimizə rəhmət dilədi. 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhidlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqdan, işğaldan azad edilmiş torpaqlarda aparılan abadlıq-quruculuq işlərindən bəhs etdi, 27 Sentyabr-Anım gününün önəmindən danışdı. Çıxış edən millət vəkili Nizami Səfərov, Vətən müharibəsi şəhidi Məmmədzadə Elvin İlham oğlunun atası İlham Məmmədov, Vətən müharibəsi iştirakçısı Vüsal Hüseynov Vətən müharibəsi şəhidlərindən, qazanılan şanlı qələbədən danışdılar. Vətən mübaribəsində göstərdikləri şücaətə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif olunanlara medallar təqdim olundu. Ölkənin hər yerində olduğu kimi saat 12:00-da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Həsənov Qurban