Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “27 sentyabr-Anım Günü” münasibəti ilə şəhidlərin məzarlarının ziyarət olunması davam etdirilir.

26 sentyabr 2021 | 16:00

Samux rayonunda “27 sentyabr-Anım Günü” münasibəti ilə şəhidlərin məzarlarının ziyarət olunması davam etdirilir. Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə "27 sentyabr-Anım Günü" münasibəti ilə  Samux şəhərindən olan Vətən müharibəsi şəhidləri  Məmmədzadə Elvin İlham oğlu,  Hümbətov Nurəddin İlqar oğlu və  Rüstəmov Pərviz Tufan oğlunun məzarlarını ziyarət etdi. Tədbirdə Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları ilə yanaşı Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı, şəhidlərin ailəsi, yaxınları, dostları və döyüş yoldaşları iştirak etdi. Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhidlərimizin döyüşlərdə göstərdiyi şücaətdən, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
--
Rustam Ramizli

Keçidlər