Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda ticarətin inkişafı üçün əlverişli şərait yaranmışdır.

25 sentyabr 2021 | 16:00

Son illərdə ölkədə aparılan islahatlar, qiymətlərin liberallaşması, formalaşmış bazar iqtisadiyyatı digər sahələrlə yanaşı  ticarətin də inkişafı üçün əlverişli şərait yaratmış, pərakəndə ticarət dövriyyəsi,  xarici iqtisadi fəaliyyətin genişlənməsi, istehlak bazarının geniş çeşiddə əmtəə ehtiyatları ilə təmin olunması, əhalinin alıcılıq qabiliyyətinin artması  daha da genişlənmişdir. Bu sahənin inkişafında ticarət şəbəkələri xüsusi rola malikdir. Ticarət şəbəkələri bazarı mal və xidmətlərlə təchiz edərək, əhalinin istehlak mallarına tələbatını ödəmişdir.  Rayonda ticarət şəbəkələri pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq, fəaliyyətlərində dayanıqlılığı, təchizat zəncirinin davamlılığını, istehlakçıların tələblərinin tam və dolğun ödənilməsini təmin etmişdir.
      2020-ci ildə rayon üzrə 11 ticarət  müəssisəsi fəaliyyət göstərmiş,  1 ticarət müəssisəsi isə fəaliyyətini dayandırmışdır. Rayonda ticarət sahəsi 23,7 min m2 olan 385 mağaza mövcud olmuşdur.
           Hesabat dövründə ticarətlə məşğul olan fərdi sahibkarların fəaliyyəti hüquqi şəxslərə nisbətən daha çox olmuşdur. Rayon əhalisinin istehlak mallarına olan təlabatının ödənilməsində fərdi sahibkarlar daha böyük rol oynamışlar. Ticarətlə məşğul olan fiziki şəxslərin sayı 396  nəfər olmuşdur.
        Ticarət; nəqliyyat vasitələrinin təmiri üzrə məhsul buraxılışı 32239,6 min manat, rayon üzrə ümumi məhsul buraxılışnda xüsusi çəkisi isə 17,5 faiz olmuşdur.
2020-ci ildə rayonda pərakəndə ticarət dövriyyəsi 100123,1 min manat, o cümlədən 4743,9 min manatını və ya 4,7 faizini hüquqi şəxslər, 95379,2 min manatını və ya  95,3 faizini fərdi sahibkarlar təşkil etmişdir. Hal-hazırda rayonda bazar və yarmarkalar mövcud deyildir.
            Əhalinin bir nəfərinə düşən pərakəndə ticarət dövriyyəsi 1652,55 manat olmuşdur ki, bu da respublika üzrə əhalinin bir nəfərinə düşən pərakəndə ticarət dövriyyəsinin 41,0 faizini təşkil edir.
          2020-ci ildə 2019-cu ilə nisbətən  pərakəndə ticarət dövriyyəsinin ümumi həcmi müqayisəli qiymətlərlə 17,8 faiz, faktiki qiymətlərlə isə 15,1  faiz az olmuşdur.
         Pərakəndə ticarət dövriyyəsinin fiziki həcm indeksi 2005-ci ilə nisbətən 220,4 faiz, 2010-cu ilə nisbətən isə 132,3 faiz olmuşdur.
         Rayon üzrə pərakəndə ticarət dövriyyəsinin respublika üzrə ümumi ticarət dövriyyəsində xüsusi çəkisi 0,25 faiz təşkil etmişdir.
Pərakəndə ticarət dövriyyəsinin 63277,8 min manatı və ya 63,2 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatları, 36845,3  min manatı və ya 36,8 faizi  isə qeyri-ərzaq mallarının payına düşür.
         Rayon üzrə yerli istehsal məhsullarının pərakəndə ticarət dövriyyəsi 78196,1 min manat olmuşdur ki, bu isə ümümi pərakəndə ticarət dövriyyəsinin 78,1 faizini təşkil edir.
         İdxal məhsullarının pərakəndə ticarət dövriyyəsi 21927,0 min manat, pərakəndə ticarət dövriyyəsində xüsusi çəkisi isə 21,9 faiz olmuşdur.
         Qeyri neft-qaz məhsullarının pərakəndə ticarət dövriyyəsi 83471,2 min manat, pərakəndə ticarət dövriyyəsində xüsusi çəkisi isə 83,4 faiz təşkil etmişdir.
         2020-ci ilin sonuna pərakəndə ticarət şəbəkəsinin mal ehtiyatlarının qalığı 6578,3 min manat, o cümlədən  ərzaq məhsulları, içkilər və tütün məmulatlarının ehtiyatları 2883,9 min manat, qeyri-ərzaq mallarının ehtiyatları isə 3694,4 min manat olmuşdur.
Topdansatış ticarət dövriyyəsi 778,7 min manat olmuşdur. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 241,5 min manat və ya 23,7 faiz azdır. Topdansatış əmtəə dövriyyəsinin 162,5 min manatı hüquqi şəxslər tərəfindən, 616,2 min manatı isə  fərdi sahibkarlar  tərəfindən olmuşdur.
        Topdansatış ticarət dövriyyəsinin əvvəlki ilə nisbətən fiziki həcm indeksi (cari qiymətlərlə) 76,3 faiz, 2005-ci ilə nisbətən 10,7 faiz, 2010-cu ilə nisbətən  isə 4,7 faiz olmuşdur.
         Ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində muzdla işləyən işçilərin sayı 834 nəfər, orta aylıq nominal əməkhaqqı isə 334,0 manat olmuşdur.


Samux Rayon Statistika İdarəsi

Keçidlər