Samux rayonunda “27 sentyabr-Anım Günü” münasibəti ilə şəhidlərin məzarlarının ziyarət olunması davam etdirilir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə "27 sentyabr-Anım Günü" münasibətilə Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi. Samux rayon Çobanabdallı kəndindən olan Vətən müharibəsi şəhidi Məmmədli Həsən Qəhrəman oğlu, Füzuli kəndindən olan Vətən müharibəsi şəhid ləri Maşıyev Asəf Volodya oğlu və Ağamalıyev Ağamməd Elgiz oğlunun məzarları ziyarət edildi. Tədbirdə Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları ilə yanaşı Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı, şəhidlərin ailəsi, yaxınları, dostları və döyüş yoldaşları iştirak etdi. Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhidlərimizin döyüşlərdə göstərdiyi şücaətdən, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
--
Rustam Ramizli