Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda qazilər və müharibə veteranları ilə görüş keçirildi.

24 sentyabr 2021 | 16:00

24 sentyabr 2021- ci il tarixdə İkinci Qarabağ müharibəsinin ildönümü  ilə əlaqədar olaraq  YAP Samux rayon təşkilatında   44 günlük Vətən müharibəsində şanlı zəfər yolu keçən, Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmanlıqla döyüşən qazi və  müharibə iştirakçıları ilə görüş keçirildi.Görüşə qazilər: Həsənov Vüqar Asim oğlu, Zamanov Teymur Rafiq oğlu, Abbasov Amil Yaşar oğlu və müharibə veteranları: Qurbanov Müharib Maarif oğlu, Məmmədzadə Əkbər Xaliq oğlu və Həsənov Qurban Həsən oğlu dəvət edilmişdir.
Öncə,  Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad olundu. Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbədən, bu zəfərin əldə edilməsində Azərbaycan gəncliyinin rolundan  ətraflı şəkildə bəhs etdi.  Şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıdan danışan Gündüz Bayramov  qeyd etdi ki,  Yeni Azərbaycan Partiyası   daima şəhid ailələrinin  və qazilərimizin  yanındadır. Tez-tez onların ailələri ziyarət olunur  və onlar hər zaman dövlətimizin, partiyamızın maddi-mənəvi dəstəyini hiss edirlər.
Görüşdə çıxış edən qazilər və müharibə veteranları  onlara göstərilən diqqət və qayğı üçün təşəkkür etdilər. Onlar müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs etdilər. Keçdikləri şərəfli döyüş yolu haqqında danışaraq vurğuladılar ki, artıq Azərbaycan xalqı qalib və məğrur xalqdır.
Dəyirmi masada iştirak edən YAP Samux rayon təşkilatının Gənclər Birliyinin üzvləri də 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədə Azərbaycan Ordusunun rəşadət və igidliyindən, xalqımızın ordumuza verdiyi misilsiz dəstəkdən, xalq-lider-ordu birliyindən ətraflı danışdılar.  Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğının ölkəmizdə yüksək səviyyədə olduğunu qeyd etdilər.

Keçidlər