Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda "27 sentyabr-Anım Günü" münasibətilə Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edildi.

24 sentyabr 2021 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə "27 sentyabr-Anım Günü" münasibətilə Vətən müharibəsi  şəhidlərinin məzarlarını ziyarət etdi. İnstitut qəsəbəsindən olan Vətən müharibəsi şəhidləri Əsədov Ruslan Rövşən oğlu, Abdullayev Rəşid Abdulla oğlu,  Əhmədbəyli kəndindən olan Vətən müharibəsi şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlu, Lək kəndindən  olan  Vətən müharibəsi şəhidi Həmzəyev Arif Muradcan oğlu, həmçinin Milli Qəhrəman İsgəndərov Eltun Xaləddin oğlunun məzarları  ziyarət edildi. Tədbirdə Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları ilə yanaşı Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı, şəhidlərin ailəsi, yaxınları, dostları və döyüş yoldaşları iştirak etdi. Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhidlərimizin döyüşlərdə göstərdiyi şücaətdən, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış ev muzeyi və bulaqlarla tanış olaraq aidiyyəti orqanlara öz tapşırıq və tövsiyyələrini verdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər