Samux Rayon Təhsil Şöbəsinin 2021-2022-ci tədris ilinin ilk Təhsilyanı Şura iclası keçirilib.
Samux Rayon Təhsil Şöbəsinin iş planına uyğun olaraq, qarşıdakı tədris ilinin ilk Təhsilyanı Şura iclası keçirilib. İclasda öncə rayonun tabeliyində olan ümumi təhsil müəssisələrinə MİQ və yerdəyişmə imtahanı ilə keçən və gələcəkdə birgə əməkdaşlıq ediləcək müəllimlərin rayon təhsil işçiləri və məktəb direktorlarına təqdimatı həyata keçirilib.
Şura iclasında 2020-2021-ci ilin yekununun qısa icmalı, məktəblərin reytinq göstəricilərinin təhlili, müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün müəyyən təkliflərin verilməsi olub.
İclasda kadr məsələləri, məktəblərdə sənədləşmə işlərinin düzgün aparılması, tədrisin keyfiyyətinin artırılması, vətəndaş müraciətlərinə vaxtında baxılmasına dair tövsiyələr verilmişdir. Ümumilikdə, pandemiya şəraitində tədrisin Nazirlər Kabinetinin təstiq etdiyi "Qaydalar"a və Təhsil nazirliyinin təlimatına uyğun şəkildə təşkil edilməsi, ümumi təhsilin təşkili və idarə olunması geniş müzakirə olunmuşdur.
Samux Rayon Təhsil Şöbəsi məlumat olaraq bildirir ki, müəllimlərin yerdəyişməsi müsabiqəsinə 32 vakant yer çıxarılmış, onlardan 19 vakant yer namizədlər tərəfindən tutulmuşdur.
Müəllimlərin işə qəbulu müsabiqəsinə isə 50 vakant yer çıxarılmış, onlardan 38 vakant yer namizədlər tərəfindən tutulmuşdur. 12 vakant yer miq.edu.az portalında aktivdir, lakin namizədlər tərəfindən tutulmamışdır. Tutulmayan vakansiyalar əsasən rus dili fənni və rus bölməsi üzrə olan fənlərdir.
Həmçinin, 9 sosial məzuniyyət yeri miq.edu.az portalında elan olunmuş, onlardan 8 vakant yer tutulmuşdur.