Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Heydər Əliyev və dövlət idarəçiliyi, gənc kadr hazırılığı, uğurlar” adlı konfrans keçirildi.

26 avqust 2014 | 15:00

26 Avqust 2014-cü ildə Samux Rayon Heydər Əliyev Mərkəzinin iş planına uyğun olaraq “Heydər Əliyev və dövlət idarəçiliyi, gənc kadr hazırlığı,əldə olunan uğurlar “mövzusunda konfrans təşkil olunmuşdur. Konfransda Samux rayon İcra Hakimiyyəti nümayəndələri, YAP Samux Rayon Təşkilatı, Samux Rayon Heydər Əliyev Mərkəzi,  Samux Rayon Mədəniyyət və Turizm İdarəsi, Rayon Qarabağ Əlilləri Cəmiyyəti, Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Nümayəndəliyi, "Gənc Dost" GİB, rayonun digər İdarə və təşkilat nümayəndələri və fəal gənclərdə daxil olmaqla, ümumilikdə 200 nəfər iştirak edirdi.
Tədbir Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmlə başladı. Daha sonra Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə tədbiri açıq elan etdi.Tədbirin gedişində YAP Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov, Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Həmzəyev və digər gənc çıxışçılar ulu öndərin şərəfli həyat yoluna nəzər saldılar.
Dövlətimizin gənclər siyasəti və gənc kadrların inkişafından danışıldı.
Sonda iştirakçılar müxtəlif təkliflər səsləndirdilər.

Keçidlər