Samux rayonunda "27 sentyabr-Anım Günü" münasibəti ilə rayonunun Ziyadlı və Qovlarsarı kəndlərindən olan Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə "27 sentyabr-Anım Günü" münasibətilə Samux rayonunun Ziyadlı və Qovlarsarı kəndlərindən olan Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi. Tədbirdə Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları ilə yanaşı Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı, şəhidlərin ailəsi, yaxınları, dostları və döyüş yoldaşları iştirak etdi. Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhidlərimizin döyüşlərdə göstərdiyi şücaətdən, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı. Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış bulağın açılışında da iştirak etdi .
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
--
Rustam Ramizli