Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 27 sentyabr Anım günü münasibətilə Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olundu.

19 sentyabr 2021 | 16:00

 Samux Rayon İcra Hakimiyyətinin başçısı  Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə "27 sentyabr-Anım Günü" münasibətilə Samux rayonunun Qarayeri qəsəbəsi və Seyidlər, Qədili, Sarıqamış  kəndlərindən olan Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi. Tədbirdə Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları ilə yanaşı Gənclər və İdman İdarəsi,  Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı, şəhidlərin ailəsi, yaxınları, dostları və döyüş yoldaşları iştirak etdi. Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.  Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhidlərimizin döyüşlərdə göstərdiyi şücaətdən, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı. Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev  şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılacaq abidə və bulağın  tikintisi və digər məsələlərlə  maraqlanaraq məsələ ilə bağlı öz tapşırıq və tövsiyyələrini verdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər