Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda bu il 3582 hektar sahədə təkrar əkin aparılıb.

18 sentyabr 2021 | 16:00

Son illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən dövlət qayğısının artırılması, subsidiyaların, güzəştli şərtlərlə mineral gübrələrin və pestisidlərin, lizinq yolu ilə kənd təsərrüfatı texnikasının verilməsi rayonda kənd zəhmətkeşlərinin torpağa olan həvəsini daha da artırıb. Bunun nəticəsidir ki, 2020-ci ilin I yarımilində rayon üzrə kənd təsərrüfatı məhsullarının istehsal həcmi 96154,2 min manat olub. Bu isə əvvəlki ilin müvafiq dövrünün göstəricilərindən 7,6 faiz çoxdur.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, sentyabrın 1-dək Samuxda 3582,2 hektar sahədə təkrar əkin aparılıb. Bunun da 683,7 hektarı əhali təsərrüfatlarının, 2898,5 hektarı isə kənd təsərrüfatı müəssisələrinin payına düşür. Təkrar əkin sahələrinin 2987,7 hektarında qarğıdalı, 345,2 hektarında günəbaxan 125,8 hektarında tərəvəz, 110,7 hektarında soya, 8 hektarında birillik otlar, 4,8 hektarında isə darı əkilib.
Təkrar əkinlərin aparılmasına mövcud iqlim şəraitindən əlavə, Şəmkir Maşın Su Kanalının işə düşməsi, əkin sahələrində mineral və üzvi gübrələrdən normal qaydada istifadə edilməsi və kənd təsərrüfatı məhsullarının satış bazarlarının artırılması da müsbət təsir göstərir.
Rayonda təkrar əkinlərin aparılması davam edir.
Samux, Elcan Məmmədov, AZƏRTAC

Keçidlər