Samux rayonunda “27 sentyabr-Anım günü” münasibətilə Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olundu.
17 sentyabr 2021-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə "27 sentyabr-Anım Günü" münasibətilə Samux rayonunun Poylu və Köbər kəndlərindən olan Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi. Tədbirdə Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları ilə yanaşı Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı, şəhidlərin ailəsi, yaxınları, dostları və döyüş yoldaşları iştirak etdi. Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhidlərimizin döyüşlərdə göstərdiyi şücaətdən, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı. Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılacaq abidə və bulağın tikintisi və digər məsələlərlə maraqlanaraq məsələ ilə bağlı öz tapşırıq və tövsiyyələrini verdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.