Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Samux rayonunda 38577 ton taxıl istehsal olunub

14 sentyabr 2021 | 16:00

Samux rayonunda 2021-ci ilin məhsulu üçün 10293,9 hektar sahədə taxıl becərilib. Taxıl sahələrinin 5925,5 hektarı əhali təsərrüfatlarının, 4368,4 hektarı isə kənd təsərrüfatı müəssisələrinin payına düşür.
Rayonun Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu il rayonun təsərrüfatlarında 10293,9 hektar sahədə taxıl biçini aparılıb. 4330,7 hektarı arpa, 5963,2 hektarı isə buğda sahələri olmaqla, ümumilikdə, 38577 ton məhsul yığılıb. İstehsal olunan taxılın 22674 tonu buğda, 15903 tonu isə arpadır. Məhsuldarlıq hər hektardan 37,5 sentner olub.
Taxıl istehsalının artması son illərdə iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlıdır. Bundan əlavə, Şəmkir Maşın Su Kanalının işə düşməsi, mineral və üzvi gübrələrdən, pestisidlərdən, yüksək məhsuldar toxum növlərindən istifadə edilməsi də məhsuldarlığın artmasına müsbət təsir göstərib.
Samux, 14 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Keçidlər