Tarixi qayıdış və möhtəşəm qələbə
15.09.2021-ci il tarixdə YAP Samux rayon təşkilatında “Taraxi qayıdış və möhtəşəm qələbə” mövzusunda onlayn görüş keçirildi.
Əvvəlcə, Vətən müharibəsində həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov vətən müharibəsində qazandığımız parlaq qələbədən söhbət açdı. Rəşadətli ordumuzun uğurlu hərbi əməliyyatlarından və müharibədə iştirak edən qəhrəmanlarımızın göstərdiyi şücaətdən danışdı. G.Bayramov Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, 44günlük müharibə dövründə xalqımızın milli birliyini, həmrəyliyini bütün dünyaya sübuta yetirməsini diqqətə çatdırdı. Möhtərəm prezidentimiz İlham Əliyevin Vətən müharibəsi dövründə xarici KİV-lərə verdiyi 30-dan çox müsahibədə Azərbaycanın diplomatik və təbliğati üstünlüyünü təmin etməsindən, düşmənə informasiya sferasında ciddi zərbələr vurulmasından söhbət açdı.
Tədbirdə iştirak edən Sərkar kənd ərazi ilk partiya təşkilatının sədri Şəmistan Yusifov Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıqdan danışdı. O, qeyd etdi ki, Bu gün “Qarabağ Azərbaycandır və nida” şüarı Azərbaycanın qələbəsinin rəmzinə çevrilib və bu parlaq Qələbə müstəqil Azərbaycanımızın bütün sahələrdə dinamik inkişafına, yeni təkan verəcək.
Daha sonra tədbirdə iştirak edən fəal YAP üzvləri Günel Əhmədova, Şəlalə Tağıyeva, Dilarə Əsgərova, Sevinc Məmmədova, Rasim İmamquluyev çəxəş edərək vurğuladılar ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı Qüvvələrimiz döyüş meydanında Ermənistanın “güclü, məğlubedilməz ordu” mifini darmadağın etdi. Natiqlər noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatdan söhbət açdılar. İşğalçı ölkənin ordusunun 44 günlük döyüş zamanı təxribatlara əl atmaqla, beynəlxalq hüququn norma və prinsiplərini, habelə razılaşdırılan humanitar atəşkəs rejimini də kobudcasına pozaraq cəbhəboyu, həmçinin döyüş zonasından uzaq məsafədə yerləşən rayon və kəndlərimizi, şəhərlərimizi atəşə tutmasından danışdılar. Onlar qeyd etdilər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, yenə də Azərbaycan vətəndaşları bu tarixi torpaqlarımızda yaşayacaq, qurub- yaradacaqlar. Amma bugünkü tarix heç vaxt unudulmayacaq. Bu dağılmış, yandırılmış evlər, viran qoyulmuş kənd və şəhərlər erməni vəhşiliyinin canlı şahidləridir. Bu evlərdə, bu şəhərlərdə yaşayacaq insanlarımızın Vətən sevgisi ilə hər qarış torpağımız tez bir zamanda canlanacaq, yurd yerlərimiz gülüstana çevriləcək.