Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Aşağı Ağasıbəyli kəndində səyyari görüşü keçirilmişdir.
26 avqust 2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Aşağı Ağasıbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Aşağı Ağasıbəyli inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənd də görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar oldu.
1. Musayev Mətləb Yaqub oğlu çıxış edərək kənd də yeni subartezian quyusunun vurulması təklifini verdi.
2. Maqsudov Zöhrab Həzi oğlu pay torpaqlarının suvarılmasında istifadə olunan suvarma subartezianına daimi elektrik enerjisinin verilməsi xahiş etdi.
3. Cəfərov Səid Yaqub oğlu Gəncə çayından ayrılan sel arxının təmizlənməsi
təklifi ilə çıxış etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.