Samux rayonunda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınmışdır
Samux rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı və heyvandarlıq məhsullarının istehsalı təşkil edir. Kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi kimi böyük inkişaf yolu keçmişdir. Fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı kənd təsərrüfatının inkişafına müsbət təsir göstərmişdir.
Kənd təsərrüfatının əsas sahələrindən biri də əkinçilikdir.
Rayonun əkinçilik sahəsində taxıl, günəbaxan, bostan və yem bitkilərinin əkini daha çox
yer tutur. Bununla belə təsərrüfatlarda kartof, tərəvəz, şəkər çuğunduru,paxlalı bitkilər,
qarğıdalı, meyvə, üzüm və sair kənd təsərrüfatı məhsulları da becərilir.
2021-ci ilin məhsulu üçün 22370,3 hektar sahə əkin altında olmuşdur.
Əkin altında olan sahənin 10797,9 hektarı və yaxud 48,3 faizi payızlıq və yazlıq dənli və
dənli paxlalı bitkilər, 1935,8 hektar və yaxud 8,6 faizi texniki bitkilər, 1094,1 hektarı və
yaxud 4,9 faizi toxumluq tərəvəzdə daxil olmaqla kartof, tərəvəz və bostan
bitkiləri, 8542,5 hektarı və yaxud 38,2 faizi payızlıq xəsil daxil olmaqla yem bitkiləri
olmuşdur.
2021-ci ilin məhsulu üçün rayon üzrə 2020-ci ildə bütün təsərrüfat kateqoriyaları daxil olmaqla 14706,9 hektar sahədə şum qaldırılmış, dən və yaşıl yem üçün 10806,9 hektar sahədə payızlıq taxıl səpini aparılmışdır. Payızlıq taxıl səpininin 9966,9 hektarı və yaxud 92,3 faizi dən üçün, 840 hektarı və yaxud 7,7 faizi xəsil məqsədi ilə aparılmışdır. Dən üçün aparılmış payızlıq taxıl səpininin 5951,2 hektarı və yaxud 59,7 faizi buğda, 4012,7 hektarı və yaxud 40,2 faizi dən üçün arpa, 3 hektarı və yaxud 0,1 faizi çovdar olmuşdur.
Cədvəldən göründüyü kimi, dən və yaşıl yem üçün aparılmış payızlıq taxıl səpininin əvvəlki ilin müvafiq dövrü ilə müqayisəsində azalma müşahidə olunmuşdur. Belə ki, payızlıq taxıl səpini 377,3 hektar və yaxud 3,4 faiz az aparılmışdır.
2021-ci ilin məhsulu üçün aparılmış dən və yaşıl yem üçün payızlıq taxıl səpininin 223,5 hektarı və yaxud 2,1 faizi dövlət kənd təsərrüfatı müəssisələrinin, 4214,9 hektarı və yaxud 39,0 faizi qeyri-dövlət kənd təsərrüfatı müəssisələrinin, 6368,5 hektarı və yaxud 58,9 faizi ailə kəndli və ev təsərrüfatlarının payına düşür.
Cədvəldən göründüyü kimi, payızlıq taxıl səpini əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dövlət kənd təsərrüfatı müəssisələrində 7 hektar və yaxud 3,0 faiz, qeyri-dövlət kənd təsərrüfatı müəssisələrində 481,6 hektar və yaxud 10,3 faiz az, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında isə 111,3 hektar və yaxud 1,8 faiz çox aparılmışdır.
2021-ci ilin məhsulu üçün bütün təsərrüfat kateqoriyaları daxil olmaqla və toxumluq üçün əkilmiş tərəvəzi də nəzərə almaqla 5003,9 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır.
Cədvəldən göründüyü kimi, yazlıq bitkilərin əkinində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunmuşdur.
Aparılmış yazlıq səpinin 1059 hektarı və yaxud 21,2 faizi çoxillik otlar, 162,6 hektarı və yaxud 3,2 faizi kartof, 688 hektarı və yaxud 13,7 faiz tərəvəz, 324 hektarı və yaxud 6,5 faizi yazlıq arpa, 86 hektarı və yaxud 1,7 faizi yazlıq buğda, 28 hektarı və yaxud 0,6 faizi paxlalılar, 20 hektarı və yaxud 0,4 faizi çəltik, 20,5 hektarı və yaxud 0,4 faizi tərəvəz (toxumluq), 353 hektarı və yaxud 7,1 faizi qarğıdalı, 223 hektarı və yaxud 4,5 faizi bostan, 4 hektarı və yaxud 0,1 faizi birillik otlar, 100 hektarı və yaxud 2,0 faizi soya,1851 hektar və yaxud 36,9 faizi günəbaxan, 84,8 hektarı və yaxud 1,7 faizi şəkər çuğunduru olmuşdur
1
Toxumluq tərəvəzdə nəzərə alınmaqla mülkiyyət növləri üzrə 2021-ci ilin məhsulu üçün aparılmış yazlıq bitkilərin səpininin 190,5 hektarı və yaxud 3,8 faizi dövlət kənd təsərrüfatı müəssisələrinin, 934,9 hektarı və yaxud 18,7 faizi qeyri- dövlət kənd təsərrüfatı müəssisələrinin, 3878,4 hektar və yaxud 77,5 faizi ailə kəndli və ev təsərrüfatlarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yazlıq bitkilərin səpinində dövlət kənd təsərrüfatı müəssisələrində 64 hektar və yaxud 1,5 dəfə,qeyri dövlət kənd təsərrüfatı müəssisələrində isə 146,5 hektar və yaxud 18,6 faiz artım, ailə kəndli və ev təsərrüfatlarında 714,8 hektar və yaxud 15,6 faiz azalma müşahidə olunmuşdur.
2021-ci ilin məhsulu üçün kənd təsərrüfatı məhsullarının yığımı davam edir.
1 sentyabr 2021-ci il tarixinə təqdim olunan məhsul yığımı, payızlıqların səpini və dondurma şumuna dair hesabatlara əsasən bütün təsərrüfat kateqoriyaları daxil olmaqla 10293,9 hektar taxıl sahəsində biçin aparılmışdır. Bu biçiləcək sahənin 100,0 faizini təşkil edir. Həmin biçilən sahələrdən 38577,4 ton taxıl məhsulu əldə olunmuşdur. Taxılın məhsuldarlığı hər hektardan 37,5 sentner təşkil etmişdir. Biçilən taxıl sahəsinin 5963,2 hektarı və yaxud 57,9 faizi buğda, 4330,7 hektarı və yaxud 42,1 faizi arpa olmuşdur. Müvafiq olaraq əldə olunan taxılın 22674,2 tonu buğda, 15903,2 tonu arpa olmuşdur. Buğdanın məhsuldarlığı hər hektardan orta hesabla 38,0 sentner, arpanın məhsuldarlığı isə 36,7 sentner təşkil etmişdir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə taxıl istehsalında 2480,5 ton, məhsuldarlıqda isə hər hektardan 2,7 sentner azalma müşahidə olunmuşdur.
Taxıl sahələrinin 5925,5 hektarı və yaxud 57,6 faizi ailə kəndli və ev təsərrüfatları tərəfindən biçilmişdir. Həmin sahələrdən 22023,3 ton taxıl məhsulu, o, cümlədən 8444,3 ton buğda, 13579 ton arpa toplanmışdır. Məhsuldarlıq orta hesabla 37,2 sentner, bundan buğdada 38,4 sentner, arpada isə 36,4 sentner olmuşdur.
Kənd təsərrüfatı müəssisələri üzrə isə 4368,4 hektar və yaxud 42,4 faiz taxıl sahəsində biçin aparılmış, və həmin sahələrdən 16554,1 ton taxıl məhsulu, o cümlədən 14229,9 ton buğda, 2324,2 ton arpa məhsulu yığılmışdır. Məhsuldarlıq orta hesabla 41,1 sentner, bundan buğdada 37,8 sentner, arpada isə 38,6 sentner olmuşdur.
Təsərrüfatlar 2021- ci ilin məhsulu üçün 3 hektar çovdar sahəsində biçin aparmışlar və həmin sahədən 36,6 sentner məhsul əldə etmişdirlər.
Artıq taxıl biçini başa çatmışdır və digər kənd təsərrüfatı bitkilərinin yığımı isə davam edir.
1 sentyabr 2021-ci il tarixinə təsərrüfatlar 162,6 hektar kartof, toxumluq nəzərə alınmaqla 708,5 hektar tərəvəz, 223,0 hektar bostan, 1828 hektar günəbaxan, 77,5 hektar qarğıdalı, 21,1hektar şəkər çuğunduru, 28 hektar paxlalı bitki sahələrində məhsul yığımı aparmış və həmin sahələrdən 1976,4 ton kartof, 12946,5 ton tərəvəz,3527,5 ton bostan, 3964,1ton günəbaxan,274,5 ton qarğıdalı,1239,4 ton şəkər çuğunduru,74,8 ton paxlalı bitki məhsulları toplamışlar.
Bundan başqa təsərrüfatlar 1 sentyabr 2021-ci il tarixinə meyvə bağlarından və giləmeyvəliklərdən 5453,6 ton meyvə və giləmeyvə, üzüm bağlarından isə 3476,5 ton üzüm yığmışdırlar.
Kartof, tərəvəz və meyvə məhsullarının istehsalı haqqında ətraflı məlumat əvvəlki ilin müvafiq dövrü ilə müqayisəli şəkildə aşağıdakı cədvəldə verilmışdir:
Hal-hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir və eyni zamanda torpaqlardan daha da səmərəli istifadə etmək məqsədi ilə sahələrdə şumlama işləri və təkrar əkinlər aparılır.
Təqdim olunmuş hesabatlara əsasən 1 sentyabr 2021-ci il tarixinə bütün təsərrüfat kateqoriyaları daxil olmaqla 6488 hektar sahədə şum qaldırılmış, 3582,2 hektar sahədə təkrar əkin aparılmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə şum 490 hektar və yaxud 7,1 faiz az, təkrar əkin isə 356,4 hektar və yaxud 11,0 faiz çox aparılmışdır.
Hal-hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir və eyni zamanda torpaqlardan daha da səmərəli istifadə etmək məqsədi ilə sahələrdə şumlama işləri və təkrar əkinlər aparılır.
Təqdim olunmuş hesabatlara əsasən 1 sentyabr 2021-ci il tarixinə bütün təsərrüfat kateqoriyaları daxil olmaqla 6488 hektar sahədə şum qaldırılmış, 3582,2 hektar sahədə təkrar əkin aparılmışdır.
Aparılmış şumun 165 hektarı və yaxud 2,5 faizi dövlət kənd təsərrüfatı müəssisələrinin, 3559 hektarı və yaxud 54,9 faizi qeyri-dövlət kənd təsərrüfatı müəssisələrinin, 2764 hektarı və yaxud 42,6 faizi ailə kəndli və ev təsərrüfatlarının payına düşür. Hal-hazırda 2022-ci ilin məhsulu üçün payızlıq səpin aparmaq məqsədi ilə təsərrüfatlat şumlama işlərini davam etdirir.
Aparılan müşahidələrə əsasən qeyd etmək olar ki, artıq təsərrüfatlar açıq torpaq sahələri ilə yanaşı olaraq, örtülü torpaqlarda (istixana komplekslərində) əkin aparmağa daha çox maraq göstərir. Bu təqdim olunan hesabatlardada öz əksini tapmışdır. Belə ki, təqdim olunan 18 kt №-li (İstixanalar və onlarda yetişdirilən bitkiçilik məhsulları haqqında) rüblük hesabatlara əsasən 2021-ci ilin məhsulu üçün təsərrüfatlar bu istixanalarda 65,9 hektar sahədə tərəvəz bitkiləri əkmişdirlər.
Əkilən sahənin 28 hektarı kənd təsərrüfatı müəssisələrinin, 37,9 hektarı isə ailə kəndli və ev təsərrüfatlarının payına düşür. İstixanalarda əkilən tərəvəzin 12,6 hektarı və yaxud 19,1 faizini xiyar, 52,1 hektarı və yaxud 79,1 faizini pomidor, 1,2 hektarını və yaxud 1,8 faizini sair tərəvəzlər təşkil etmişdir. Müvafiq olaraq həmin sahələrdən 4736,1 ton kənd təsərrüfatı məhsulları yığılmışdır ki, bundan da 1968 ton kənd təsərrüfatı müəssisələrinin, 2768,1 tonu isə əhali təsərrüfatlarinin payına düşür. İstehsal olunan kənd təsərrüfatı məhsullarının 1012,5 tonu və yaxud 21,4 faizi xiyar, 3674,8 tonu və yaxud 77,6 faizi pomidor, 48,8 tonu və yaxud 1,0 faizi sair kənd təsərrüfatı məhsulları olmuşdur.
Kənd təsərrüfatının davamlı inkişafını, məhsul istehsalçılarının gəlirlə işləməsini, istehlakçıların mənafelərinin müdafiə olunmasını təmin etmək üçün maliyyə imkanları artdıqca bu sahəyə göstərilən dövlət dəstəyinin həcmi də artır, əhatə dairəsi genişlənir və dövlət tərəfindən silsilə tədbirlər həyata keçirilir ki, bu isə öz müsbət bəhrəsini verməkdədir.
Samux Rayon Statistika İdarəsi