Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun 2021-ci ilin yanvar-iyun aylarında iqtisadi və sosial inkişafın makroiqtisadi göstəriciləri

09 sentyabr 2021 | 16:00

2021-ci ilin yanvar-iyun aylarının makroiqtisadi göstəriciləri rayon iqtisadiyyatının  dinamik inkişaf etdiyini əks etdirir. Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı xeyli yüksəlmişdir.
  2021-ci ilin məhsulu üçün rayon üzrə 10806,9 hektar payızlıq taxıl səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 377,3 hektar və ya 3,4 faiz azdır. 2021-ci ilin məhsulu üçün 5003,9 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən  504,4  hektar və ya 9,2 faiz azdır.
            Yazlıq  səpinin   1059,0  hektarı və ya 21,2 faizi çoxillik otlar, 162,6 hektarı və ya 3,2 faizi kartof, 688,0 hektarı və ya 13,7 faizi tərəvəz, 1851,0 hektarı və ya 36,9 faizi günəbaxan, 324,0 hektarı və ya 6,5 faizi yazlıq arpa, 86,0 hektarı və ya 1,7 faizi yazlıq  buğda, 28 hektarı və ya 0,6 faizi paxlalılar, 20,0 hektar və ya 0,4 faiz çəltik, 20,5 hektar və ya 0,4 faiz toxumluq  tərəvəz. 353,0 hektar və ya 7,1 faiz qarğıdalı, 223 hektar və ya 4,5 faiz bostan, 4,0 hektar və ya 0,1 faiz birillik otlar. 100 hektar və ya 2,0 faiz soya, 84,8 hektar və ya 1,7 faiz şəkər çuğunduru   olmuşdur. 
           Hesabat dövründə 9692,7 hektar taxıl sahəsində biçin aparılmışdır. Həmin sahələrdən 37469,5 ton məhsul yığılmışdır. Məhsuldarlıq hər hektardan orta hesabla 38,6 sentner  olmuşdur.
           1873,8 ton meyvə və giləmeyvə istehsal olunmuşdur ki, bu da əvvəlki  ilin müvafiq dövrü ilə müqayisədə 541,4 ton və ya   22,4 faiz azdır.
         Cari ildə bundan başqa 1844,3 ton kartof, 8793,2 ton tərəvəz istehsal olunnmuşdur.
           2021-ci ilin II rübünün  sonuna  24127 baş iri buynuzlu mal-qara, 140806 baş qoyun və keçilər mövcud olmuşdur.
           Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qara 838 baş və ya 3,6 faiz, qoyun və keçilər isə 3179 baş və ya 2,3 faiz artmışdır. Hesabat dövründə diri çəkidə ət istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz artaraq 2757 ton, süd istehsalı 4,0 faiz artaraq 15394 ton, yumurta istehsalı 2,0 faiz artaraq 5083 min ədəd,. yun istehsalı isə 4,2 faiz azalaraq, 231 ton olmuşdur  olmuşdur.
           Kənd təsərrüfatı məhsullarının istehsal həcmi  51414,3 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə  nisbətən 0,2  faiz azdır.
Hesabat dövründə sənayedə məhsul istehsalının və xidmətlərin həcmi 7058,8 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  2,2  dəfə  çoxdur.
2021-ci ilin yanvar-iyun aylarında emal sənayesi ilə məşğul olan sənaye müəssisələri 3983,6 min manatlıq mal və məhsul istehsal etmişlər ki, bu da əvvəlki ilin  müvafiq dövrünə nisbətən 8,3 dəfə çoxdur. Rayon üzrə istehsal olunmuş 7058,8 min manat mal və xidmətlərin 3075,2  min manatı dövlət, 3983,6 min manatı isə qeyri-dövlət sektorunun, ondan 205,0 min manatı fərdi sahibkarların, 3528,4 min manatı isə ev təsərrüfatlarının  payına düşür. Hesabat dövrünün sonuna anbarlarda hazır məhsulun  qalığı  olmamışdır.
Hesabat dövrü ərzində tikinti təşkilatları tərəfindən 1308,5 min manatlıq  təmir- tikinti işləri aparılmışdır. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 71,4 faiz çoxdur. Təmir-tikinti işlərinin 678,7 min manatı və ya 51,9 faizi dövlət mülkiyyətli müəssisələr, 629,8 min manatı və ya 48,1 faizi isə qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən icra edilmişdir. Təmir-tikinti işlərinin 62,9 min manatı əsaslı təmirin,  814,7 min manatı cari təmirin, 430,9 min manatı isə sair işlərin   payına düşür.  
Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 5379,9 min manat olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 57,1 faiz çoxdur.

Sənayeyə 268,0 min manat, kənd təsərrüfatına 26,5 min manat, rabitəyə 6,0 min manat, sosial sahəyə  3935,4 min manat, tikinti işlərinə isə 1144,0 min manat investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın 300,5 min manatı istehsal təyinatlı, 5079,,4 min manatı isə  qeyri-istehsal təyinatlıdır. 1454,1 min manat əsas fondlar istifadəyə verilmişdir. Tikinti-quraşdırma işlərinin həcmi 4602,2 min manat olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 42,1 faiz çoxdur. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 1144,0 min manat və sahəsi 2724,0  kvadrat metr olan 20 yaşayış evləri tikilib istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 4235,9 min manatı və ya 78,7 faizi dövlət büdcəsindən ayrılmış, 1144,0 min manatı və ya 21,3 faizi isə əhalinin şəxsi vəsaiti hesabına  olmuşdur.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq  Samux rayonunda 2021-ci ilin  yanvar-iyun ayları ərzində  bir sıra abadlıq-quruculuq işləri həyata keçirilmişdir:
      Hesabat dövrü ərzində rayon daxilində olan bütün avtomobil yollarının  çiyin hissələri  avtoqreyderlə plana salınmış, torpaq yatağı maillikləri kol-koslardan, su ötürücü boruların giriş-çıxışları küvetlər təmizlənmişdir. Gəncə-Samux, Samux-Lək, Samux-İnstitut-Sarıqaya, Samux-Qaraağaclı, Samux-Yenikənd-Poylu-Burunqovaq avtomobil yollarında və çiyin hissələrində 115,5 min m² sahədə çınqıl materialı ilə təmir işləri həyata keçirilərək 5,2 min m³ həcmində çınqıl materialı işlədilmişdir. Ümumilikdə 5290,0 m² sahədə 671 ton miqdarında asfalt-beton işləri görülmüşdür.
      Eyni zamanda Samux-Burunqovaq avtomobil yollarında su keçidlərində diametri  800 mm ölçüdə olan 10 metr uzunluğunda olmaqla dəmir-beton, diametri  500 mm ölçüdə olan 70 metr uzunluğunda olmaqla metal borular quraşdırılmışdır. Poylu-Kəsəmən-Salahlı-Qarabağlı kəndlərinin hər birində 1 ədəd olmaqla 4 ədəd dayanacaqlar quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir.
        Ümumilikdə hesabat dövründə 15 ədəd müxtəlif güclü transformator məntəqələri əsaslı təmir olunmuş və ətraf hissələrinin çəpərlənmələri yenidən qurulmuşdur. 11 ədəd Samux Rayon Suvarma Sistemləri İdarəsinin su quyularına xidmət edən transformator məntəqəsinin transformatorları əsaslı təmir olunmuşdur.
       Yeni sayğacların quraşdırılması üçün "ASAN xidmət" mərkəzinə müraciət etmiş rayon sakinlərinin elektrik enerjisi ilə təmin olunmaları üçün 105 ədəd 0,4 kv-luq yeni dayaqlar quraşdırılmış, 2505 metr SİP 4x35 markalı naqillərlə elektrik xətti çəkilmiş və bununla da vətəndaşların elektrik təminatları yaxşılaşdırılmışdır.
      Sərkar kəndində aparılan abadlıq işləri ilə əlaqədar 5070049 nömrəli 160 kvt-luq transformator məntəqəsinin yeri dəyişdirilmiş, 1880 metr 0,4 kvt-luq köhnə şəbəkə və  20 ədəd yeni dayaq quraşdırılaraq yenilənmişdir.
      Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər  görülmüşdür.  Hal-hazırda  rayonun 30  yaşayış  məntəqəsində  mavi yanacaqdan istifadə olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. Hesabat dövrü ərzində rayon abonentlərinin fasiləsiz və normal təbii qazla təmin olunması məqsədilə xidmət sahəsində İnstitut qəsəbə - Bağmanlar kəndində diametri 108 mm olan daşıyıcı xəttin  463 metri çəkilmişdir. Samux şəhərinin inzibati sərhəddi daxilində diametri 160 mm olan yeraltı polietilen boru xəttinin 2800 metri çəkilmişdir ki, bu da öz növbəsində Samux şəhərinin bir hissəsinə və Füzuli kəndinə təbii qazın normal verilməsinə müsbət təsir göstərir. Sərkar kəndinə tədbirlər planına əsasən diametri 76 mm-lik 372 p/m qaz xəttinin çəkilməsi və boru xəttinin rənglənməsi işləri başa çatdırılmışdır. Qarabağlar kəndində diametri 89 mm olan 700 p/m, Ziyadlı kəndində diametri 57 mm olan 289 p/m qaz xəttinin çəkilişi, Lək kəndindən Hacıalılı kəndinədək daşıyıcı diametri 108 mm olan qaz xəttinin dayaqlar üzərinə qaldırılması və “Təmiz qaz” xidməti tərəfindən aşkar edilmiş 3335 ədəd qaz sızmasının qarşısı alınmışdır.
Hesabat dövrü ərzində Qarayeri və İnstitut qəsəbələrində, Ziyadlı, Sərkar, Qiyaslı və Hacıalılı kəndlərində əhalinin qaz təminatının yaxşılaşdırılması məqsədi ilə istismar müddəti bitmiş QTS-lərin yerinə yeni 13 ədəd SQTM-lər quraşdırılmışdır. Sərkar kəndində Tədbirlər Planına uyğun olaraq diametri 108 mm olan 478 p/m qaz xəttinin çəkilməsi başa çatdırılmışdır.
      Hesabat dövrü ərzində 139 ədəd yeni abonent təbii qazla təmin olunmuşdur. Ümumilikdə 2021-ci ilin I yarımili ərzində 2219 ədəd qaz sayğacı yenisi ilə əvəz edilmişdir.
      Samux şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün müvafiq sərəncama  uyğun  olaraq, 3,24 hektar sahədə təmizləyici qurğu və  2,22 hektar sahədə  su  anbarı  inşa  edilmişdir. Samux şəhərinin ərazisində küçə xətlərində baş verən bütün yeraltı sızmaların və digər neqativ halların qarşısı vaxtında  alınmışdır.  Samux şəhərində yerləşən 36 mənzilli  çoxmərtəbəli yaşayış binasını məişət suyu ilə təmin etmək üçün  200 m³ su anbarından nasoslar vasitəsilə mənzillərə məişət suyu verilir.
       Rayon əhalisinə göstərilən rabitə  və poçt  xidmətinin yaxşılaşdırılması  istiqamətində də müvafiq işlər aparılır. Yüksəksürətli internet portalının tutumu (aztelekom.net portalının montaj tutumu) 6672 porta çatdırılmışdır. Hazırda rayonda internet xidmətindən istifadə edən abonentlərin sayı 6450 abunəçiyə çatmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 669 abunəçinin artmasını göstərir.
       Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 9 fərdi evin tikintisində son tamamlama işləri görülür. Seyidlər kəndi ərazisində qaçqın və məcburi köçkün ailələri üçün 200 ailəlik şəhərcikdə hal-hazırda son tamamlama işləri həyata keçirilir.
       İlin əvvəlində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir. Hesabat dövrü ərzində 136 yeni iş yeri yaradılmışdır. Yaradılmış yeni iş yerlərindən 3-ü “Sahibkarlığa Kömək Milli Fondu” tərəfindən rayon sahibkarlarına 8 layihə üzrə verdiyi 185,0 min manat güzəştli kreditin hesabınadır.
      Hesabat dövrü ərzində görülmüş işlərin ən əsası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr  tarixli 431 nömrəli Fərmanin 9-cu bəndinin icrasına əsasən, əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında aktivliyin və regionlarda iş yerlərinin artirilması məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, haqqı ödənilən ictimai işlərin – abadlıq, təmizlik və digər işlərin təşkili ilə əlaqədar olaraq, Mərkəz tərəfindən 279 nəfər işsiz vətəndaş işlə təmin olunmuşdur.
      2021-ci ilin altı ayında “DOST İş Mərkəzi” MMC-yə MAS vasitəsi ilə ictimai işlərə göndərişlər verilmiş və bununla da işlə təmin olunan vətəndaşlar 155 nəfər olmuşdur ki, onlardan 6 nəfəri şəhid ailəsi, 1 nəfər qazi və 1 nəfər cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmış şəxsdir.  279 nəfər işə düzələnin 124 nəfəri isə müəssisələr tərəfindən işə götürülənlərdir. Onlardan 3 nəfər şəhid ailəsi və 5 nəfər əlilliyi olan şəxslərdir.
      Hesabat dövrü ərzində əsas tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında”  07 aprel 2016-cı il tarixli sərəncamının icrası ilə əlaqədar, özünüməşğulluq proqramına uyğun olaraq mərkəzdə qeydiyyatda olan işaxtaran vətəndaşlardan 25 nəfəri (aztəminatlı ailələrdən biznes ideyası, bacarığı olanlar seçilib təlimə cəlb edilməklə) işlə təmin edilmişdirlər. Həmin 25 nəfər işlə təmin edilənlərdən 2 nəfər şəhid ailəsinin üzvləri və 1 nəfəri isə Qarabağ müharibəsi əlilidir.
     2021-ci ilin altı ayı  ərzində rayon ərazisində səhiyyə sisteminin yaxşılaşdırlması istiqamətində rayon mərkəzi xəstəxanası üçün inşa edilən yeni xəstəxana kompleksinin tikintisi davam etdirilir.
       Hesabat dövrü ərzində  İnstitut qəsəbəsində 960 şagird yerlik tam orta məktəbin tikinti işləri sona çatıdırılmış, Çobanabdallı kəndində isə 624 şagird yerlik tam orta məktəbin tikinti işlərinə başlanılmış və hal-hazırda tikinti işləri davam etdirilir.
       2021-ci ilin yanvar-iyun aylarında  sərnişin daşınması 19,3 faiz azalaraq, 2856 min  nəfər olmuşdur. Mal və xidmətlərin həcmi 5,8 faiz azalaraq, 1067,4 min manata çatmışdır. Hesabat dövründə sərnişin dövriyyəsi 19992,0 min sərnişin km olmuşdur.
        Hal-hazırda rayonda 1 rabitə müəssisəsi - Samux Telekommunikasiya qovşağı fəaliyyət göstərir. Rayonda rabitə sahəsi üzrə mal və xidmətlərin ümumi həcmi  484,7 min manat və ya  əvvəlki ilin müvafiq dövrünə  nisbətən 9,1 faiz çox olmuşdur. Hesabat dövründə  telefon çəkilişi 42, telefon aparatlarının sayı isə 8896  ədəd olmuşdur.                                                      2021-ci ilin yanvar-iyun aylarında rayon üzrə pərakəndə ticarət dövriyyəsi 58082,6 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,4 faiz azdır. Adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 980,4 manat olmuşdur ki, bu da respublika üzrə hər bir adama düşən aylıq pərakəndə ticarət  dövriyyəsinin 42,8 faizini təşkil edir.
Pərakəndə ticarət dövriyyəsinin 39856,9 min manatı və ya 68,6 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18225,7 min manatı və ya 31,4 faizi  isə qeyri-ərzaq məhsullarının payına düşür.
        Topdansatış əmtəə dövriyyəsi 526,7 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 307,8 min manat və ya  2,4 dəfə  çox olmuşdur.
        2021-ci ilin yanvar-iyun aylarında əhaliyə 12572,6 min manatlıq ödənişli xidmət göstərilmişdir ki. bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,2 faiz çoxdur. Ödənişli xidmətin 1041,8 min manatını  və ya 8,3 faizini məişət xidməti təşkil edir.
         Fiziki şəxslər tərəfindən 8835,4 min manatlıq və ya ümumi  həcmin 70,3 faizi  qədər  ödənişli xidmət göstərilmişdir.
          Hesabat dövründə  əhaliyə cəmi 936,3 min manatlıq iaşə xidməti göstərilmişdir. Bu əvvəlki ilin müvafiq dövrünə  nisbətən 25,0 min manat  və ya müqayisəli qiymətlərlə 4,4 faiz azdır. İaşə xidmətinin hamısı fiziki şəxslər tərəfindən göstərilmişdir. Rayonda iaşə xidməti ilə 77 fiziki şəxs  məşğul olmuşdur.
         2021-ci ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta siyahı sayı 5331 nəfər, həmin işçilərə hesablanmış əməkhaqqı fondunun məbləği 14749,6 min manat , hər bir işçiyə düşən orta aylıq əməkhaqqının  məbləği 461,1  manat olmuşdur.

Samux Rayon Statistika İdarəsi.

Keçidlər