Şriftin ölçüsü :

Saytın rəngi :

Daha bir qrup Vətən müharibəsi iştirakçısı ziyarət edildi.

06 sentyabr 2021 | 16:00

Daha bir qrup Vətən müharibəsi iştirakçısı  ziyarət edildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq Vətən müharibəsində yaralananlar daim diqqət mərkəzində saxlanılır, mütəmadi ziyarət olunurlar. Samux şəhərindən olmaqla   Vətən müharibəsində yaralanan 4 nəfərlə görüş keçirilib. Görüşdə Samux Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak etdi. Belə görüşlərin təşkil edilməsində məqsəd yaralıların səhhəti, müalicəsi, maddi durumları ilə maraqlanmaq, sosial problemlərinin öyrənilməsi və həll olunmasında köməklik göstərilməsidir. Yaralılarla keçirilən görüşdə onların səhhəti, müalicəsi,  əlilliyin müəyyən olunması prosesi haqqında danışıldı. Vətən  müharibə iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

--
Rustam Ramizli

Keçidlər