Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Narkomaniya və digər zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici vebinar keçirildi

03 sentyabr 2021 | 16:00

Samux Rayon Gənclər və İdman İdarəsi və Ombudsmanın Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Samux rayon Heydər Əliyev Mərkəzi, Gəncərin İnkişaf və Karyera Mərkəzi, Mərkəzi Rayon Kitabxanasının iştirakı ilə “Narkomaniya və digər zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici vebinar keçirildi.
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək  sağlam həyat tərzinin, hüquqi biliklərin təbliğinə bir töhfə olduğunu və bu istiqamətdə məktəblərdə kütləvi tədbirlərin keçirilməsinin önəmli olduğunu vurğulayıb. O, narkotik vasitələrin, siqaretin, spirtli içkilərin istifadəsi nəticəsində insan səhhətinə vurulan ölümcül fəsadlar barədə danışıb. Tədbirdə narkomaniyanın mənfi tibbi və sosial, hüquqi nəticələri barədə ətraflı məlumatlar verilərək bununla bağlı mövcud olan cinayət və inzibati xətalar sahələrinin hüquq normaları iştirakçıların diqqətinə çatdırılıb. Qeyd edilib ki, dövlətimizdə ali məqsədlərdən olan uşaq hüquqlarının təmini, müdafiəsi və təşviqi sahəsində Ombudsman təsisatı tərəfindən də innovativ təşəbbüslər əsasında müntəzəm olaraq silsilə tədbirlər keçirilir. Səbuhi Abbasov Ombudsmanın Aparatında və regional mərkəzlərində 916 qaynar xətt xidmət göstərdiyini də vurguladı.
Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev ilk öncə tədbir iştirakçılarını salamlamış və İdarə tərəfindən mütəmadi olaraq yeniyetmə və gənclərin zərərli vərdişlərdən, narkomaniyadan uzaqlaşdırılması məqsədilə keçirilən bu istiqanmətdə maarifləndirici tədbirlərinin əhəmiyyətindən söz açaraq bildirdi ki, zərərli vərdişlərin, xüsusilə narkomaniyanın profilaktikasında ən səmərəli vasitə gənclərin asudə vaxtının təşkilidir. Bu prosesdə idmanın əhəmiyyəti danılmazdır. Misal üçün qeyd etdi ki, hər il ənənəvi olaraq 300-400 idmançının iştirakı ilə “Narkomaniyaya yox deyək” başlığı altında kikboksinq idman növü üzrə respublika birinçiliyinin seçmə turniri məhz Samux şəhərində keçirilir. Bundan əlavə mütamadi olaraq Gənclər və İdman İdarəsi, Polis Şöbəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərində görüşlər keçirilir. Zərərli vərdişlərin mənfi təsirləri haqqında geniş məlumat verilir, yeniyetmə və gənclərin zərərli vərdişlərə qarşı olan münasibətləri öyrənilir.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Kamil Məmişov öz çıxışında yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırdı. Bildirdi ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələdir. Ölkəmizin davamlı inkişafı hər bir problemin uğurlu həllinə, qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.

Keçidlər