Samux rayonunda 44 günlük Vətən müharibəsi qaziləri evlərində ziyarət edildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq Vətən müharibəsində yaralananlar daim diqqət mərkəzində saxlanılır, mütəmadi ziyarət olunurlar. Samux rayon Qaraarx qəsəbəsində və Qovlarsarı kəndində olmaqla Vətən müharibəsində yaralananlarla görüş keçirilib. Belə görüşlərin təşkil edilməsində məqsəd yaralıların səhhəti, müalicəsi, maddi durumları ilə maraqlanmaq, sosial problemlərinin öyrənilməsi və həll olunmasında köməklik göstərilməsidir. Yaralılarla keçirilən görüşdə onların səhhəti, müalicəsi, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan döyüş əməliyyatlarında iştiraka görə dövlət təltifləri, əlilliyin müəyyən olunması prosesi haqqında danışıldı, Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qurban Həsənov və həmin şöbənin böyük məsləhətçisi Rüstəm Ramizli tərəfindən müharibə iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
--
Rustam Ramizli