Şriftin ölçüsü :

Saytın rəngi :

“Xeyirxah və nəcib əməllər sahibi - Mehriban xanım” mövzusunda onlayn tədbir keçirildi.

26 avqust 2021 | 16:00

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın ad günü ilə əlaqədar “Xeyirxah və nəcib əməllər sahibi - Mehriban xanım” mövzusunda keçirilən onlayn tədbirdə iştirak etdi.
Tədbiri açıq elan edən Gəncə şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova bildirdi ki, “Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Ulu Öndərimiz Heydər Əliyevə məxsus olan bu dəyərli fikir müstəqil Azərbaycanın həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək qeyd etdi ki, hamıya, hətta ölkəmizdən kənarda yaşayanlara da yaxşı məlumdur ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin ana xəttini xeyirxahlıq və humanizm təşkil edir. Onun hərtərəfli fəaliyyəti, mədəniyyətimizin tərəqqisi sahəsində gördüyü işlər , Birinci vitse-prezident kimi fəaliyyəti dövründə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur.
Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Naftalan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva, Gəncə şəhər MKS-nin direktor əvəzi Fəridə Qədimova, ADAU-nun “İctimai elmlər və multikulturalizm” kafedrasının müəllimi Çinarə Səfərova, MKS-nin 16 nömrəli kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova, Heydər Əliyev Mərkəzinin bələdçisi Sevinc Bədəlova çıxış edərək qeyd etdilər ki, Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir.

 

Keçidlər