Samux rayonunda şəhid ailələri daim diqqət mərkəzindədir.
25 avqust 2021-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq 44 günlük Vətən müharibəsi şəhidi Cəfərov Babək Məxsus oğlunun ailəsi ziyarət olundu. Belə görüşlərin təşkil edilməsində məqsəd şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, keçdikləri şərəfli döyüş yolunun təbliğ olunması , şəhid ailələrinin maddi durumları ilə maraqlanmaq, sosial problemlərinin öyrənilməsi və həll olunmasında köməklik göstərilməsidir.
Cəfərov Babək Məxsus oğlu Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. 26 oktyabr 2020-ci il tarixdə Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Uzun müddət komada qalan Cəfərov Babək həkimlərin bütün səylərinə baxmayaraq 08 mart 2021-ci il tarixdə şəhadətə qovuşdu. Samux rayonunun Qarayeri qəsəbəsində dəfn olunub. Şəhidimizin bizlərə əmanət 2 övladı var. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" , "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
--
Rustam Ramizli