Azərbaycan Respublikası Sərhəd qoşunlarının 95 illiyi Samuxda əsgərlərlə birlikdə qeyd olundu
20 avqust 2014 | 15:00
Azərbyacan Respublikası Sərhəd Qoşunlarının 95 illiyi Samux rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Samux rayon N saylı hərbi sərhəd zastavasında əsgər və zabit heyəti ilə birlikdə təntənəli şəkildə qeyd olundu. Əsgərlərimizə sovqat paylandı.
Tədbiri Samux rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Xəlilova giriş sözü ilə açaraq, sərhəddə xidmət göstərən əsgər və zabitlərimizi təbrik etdi .
Sonra N saylı Hərbi Hissənin Komandiri təşkil olunmuş tədbirə görə qonaqlara öz təşəkkürünü bildirdi və qonaqlarımızı salamladı.
Tədbir rəngarəng musiqi proqramı ilə çox möhtəşəm şəkildə davam etdi.