Samux rayonunda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edildi.
Samux rayonunun Qarayeri qəsəbəsindən olan Vətən müharibəsi şəhidi Cəfərov Babək Məxsus oğlununun əziz xatirəsi doğum günündə böyük ehtiramla yad edildi. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, şəhidin valideynləri, yaxınları iştirak etdilər. Valideynləri və yaxınları şəhid haqqında öz təsürratlarını bölüşdülər. Şəhidin təhsil aldığı məktəbin şagirdləri vətənpərvərlikdən bəhs edən şeirlər dedilər. Belə tədbirlərin təşkil olunmasında əsas məqsəd şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, keçdikləri şərəfli döyüş yolunun təbliğ olunması, gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, şəhid ailələrinin diqqət mərkəzində saxlanılmasıdır. Cəfərov Babək Məxsus oğlu Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi zamanı döyüşlərdə qəhrəmancasına şəhid olub. Samux rayonunda dəfn olunub. Evli idi. İki övladı var. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", medalı ilə təltif edilib. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.