Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 44 günlük Vətən müharibəsində yaralananlar ziyarət edildi.

14 avqust 2021 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən 44 günlük Vətən müharibəsində yaralananlar ziyarət edildi. Samux rayon Ağasıbəyli kəndindən 4 , Alıuşağı kəndindən 5 nəfər olmaqla ümumilikdə 9 nəfər yaralı ziyarət olundu. Belə görüşlərin təşkil edilməsində məqsəd yaralıların səhhəti, müalicəsi, maddi durumları ilə maraqlanmaq, sosial problemlərinin öyrənilməsi və həll olunmasında köməklik göstərilməsidir. Yaralılarla keçirilən görüşdə onların səhhəti, müalicəsi, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan döyüş əməliyyatlarında iştiraka görə dövlət təltifləri, əlilliyin müəyyən olunması prosesi, gələcəkdə müharibə iştirakçılarına verilməsi nəzərdə tutulan imtiyazlar və güzəştlər haqqında danışıldı, Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qurban Həsənov və həmin şöbənin böyük məsləhətçisi Rüstəm Ramizli tərəfindən müharibə iştirakçılarını maraqlandıran suallar cavablandırıldı. 
Allahdan bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər