Samux rayonunda daha bir Şəhidin doğum günü qeyd olundu.
Samux rayon Əhmədbəyli kəndindən olan Vətən müharibəsi şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunun doğum günündə əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə adına tikilmiş ev muzeyinin açılış mərasimi təşkil edildi.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, şəhidin ailəsi, dostları, döyüş yoldaşları, təhsil aldığı məktəbin müəllimləri, media nümayəndələri və rayon ictimaiyyəti iştirak etdi. Şəhidin məzarı ziyarət olundu. Şəhidin təhsil aldığı məktəbin şagirdləri vətənpərvərlikdən bəhs edən şeirlər dedilər. Daha sonra şəhidin ev muzeyinin açılışı oldu. Vətən müharibəsi şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunu 44 günlük Vətən müharibəsində bir çox döyüşlərdə iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. 16 oktyabr 2020-ci il tarixdə torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.